Mojo.az Banner
12:44 Britaniyalı bloqer Lənkəranda nəyə heyrətləndi? - VİDEO  |     12:38 Nepal faciəsində diqqətçəkən detal: Əhaliyə niyə gec xəbərdarlıq edilib?  |     12:25 Beyləqanda 55 yaşlı kişinin meyiti həyətində tapıldı  |     12:18 Estoniyanın müdafiə naziri istefa verdi  |     12:03 Azərbaycandan Ermənistana 1000 tona yaxın dizel yanacağı göndərilib  |     12:02 Avtobuslarda “brutto müqavilə” sistemi nədir? – Sərnişin üçün nə dəyişəcək?  |     11:57 Övlad himayəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Proses sadələşdirildi  |     11:20 4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb  |     11:10 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     11:05 Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu  |     23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |    
Left Banner
Right Banner

Mental dəyərlər, yoxsa qanun? - Məşhur hotel azərbaycanlıları niyə təhqir edir?

01.08.2018 11:47 2 450
Mental dəyərlər, yoxsa qanun? - Məşhur hotel azərbaycanlıları niyə təhqir edir?
Azərbaycanın məşhur “Sapphire Marine” hoteli vətəndaşlarımızı təhqir edib.

Belə ki, hotel rəhbərliyi Azərbaycan vətəndaşlarından hoteldə qalmaq üçün nikah haqqında şəhadətnamə tələb edir.

Turizm üzrə ekspert Ruslan Quliyev oxu.az-a açıqlamasında deyib ki, Azərbaycanda bəzi hotellərdə nikah şəhadətnaməsinin istənilməsi insan hüquqlarının məhdudlaşdırılması deməkdir:

“Bu, neqativ haldır. Burada diskriminasiya və insanların işinə qarşımaq faktları var. Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi ilə mehmanxanaya, hotelə daxil olub, gecələmək hüquq var.
Hotellər vətəndaşlarımızdan əlavə sənəd istəmədən onlara orada qalmağa icazə verməlidir”.

Ekspert bildirib ki, məsələ barədə faktlar əvvəllər də aşkarlanıb:

“Bu barədə keçmiş Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıda və regionlarda yerləşən hotel sahibləri ilə dəfələrlə görüşlər keçirilib. Onlara bu cür qadağaların qanunsuz olduğu izah edilib. Azərbaycanda rast gəlinən belə hallar dünyada bir ilkdir”.

Ruslan Quliyev qeyd edib ki, məsələ barədə əlaqədar strukturlar ölçü götürməlidir.

Bəs, hotelə gedən cütlüklərdən nikah kağızının tələb edilməsi qanunidirmi?

Vəkil Xəyal Bəşirovun sözlərinə görə, qanunvericilikdə istirahət mərkəzləri, hotellərə daxil olan zaman nikah şahadətnaməsinin tələb edilməsi yoxdur:

“Sadəcə, hotel rəhbərləri insan alverinə qarşı mübarizə üçün bu addımı atır ki, insanlarda məsuliyyət artsın. Aydın məsələdir ki, rəsmi nikah yoxdursa, cütlüklər hansı məqsədlə hoteldə bir nömrədə qalır. Amma qanunvericilikdə belə bir qadağa yoxdur”.

Vəkil bildirib ki, cütlüklərdən nikah şəhadətnaməsi tələb etmək insan hüquqlarına ziddir:

“Sadəcə, yetkinlik yaşına çatmayan insanlarla hotelə daxil olmaq cinayətdir. Onun fərqi yoxdur ki, özü istəyir, yoxsa yox. Öz iradəsinə zidd olması isə tamam başqa maddədir.

Hər ikisi yetkinlik yaşına çatan şəxslər könüllü şəkildə bir yerdə qalmaq istəyirsə, kimsə buna qarışa bilməz. Onların istirahət hüquqlarını pozmaq qanunsuzdur”.

Xəyal Bəşirov qeyd edib ki, qanunda bu qadağaları tətbiq edən hotel sahiblərinə qarşı cərimə nəzərdə tutulmayıb.

Məsələ ilə əlaqədar olaraq “Sapphire Marine” hoteli ilə əlaqə saxlasaq da, sualımıza cavab verən olmadı.




скачать dle 11.3
Mojo.az Banner