Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hotellərin ulduzlaşmasına başlanıldı

11.03.2021 18:25 1 332
Azərbaycanda hotellərin ulduzlaşmasına başlanıldı
Martın 11-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Hotel Ulduz Təsnifatı prosesinin keçirilməsi üçün quruma müraciət edən hotellərdə qiymətləndirmə keçirilib.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ulduz təsnifatının hotelçiliyin inkişafı üçün mühüm amil olduğunu və bu addımın ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcəyinə, eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacağını deyib.

Baş icraçı direktor Milli Hotel Ulduz Təsnifatının ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə imkan verəcəyini bildirib.

Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı katibi Günay Sağlam Milli Hotel Ulduz Təsnifat Sisteminin hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlandığını deyib.

Günay Sağlam Milli Hotel Ulduz Təsnifatı ilə bağlı bu günə kimi 40 hotelin müraciət etdiyini, 24 hoteldə auditin keçirildiyini qeyd edib. Baş icraçı katib hotellərə Milli Hotel Ulduz Təsnifatının 3 illik verildiyini, bu müddət başa çatdıqdan sonra yenidən yoxlamaların aparılacağını bildirib.

Günay Sağlam assosiasiya tərəfindən pandemiya müddətində karantin üçün istifadə olunan hotellərə milli hotel ulduz təsnifatının ödənişsiz edildiyini də qeyd edib.

İndiyədək müraciət etmiş hotellərə ulduzların verilməsi cari ilin aprel ayında aparılan qiymətləndirmənin nəticəsinə və komissiyanın rəyinə əsasən həyata keçiriləcək və onlara uyğunluq sertifikatı və lövhə təqdim ediləcək.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib. Sənədə əsasən Milli Hotel Ulduz Təsnifat Sisteminin icrası Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçirilir.
скачать dle 11.3
Mojo.az Banner