Mojo.az Banner
21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |     20:34 Xalq artisti: “Özümü 50 yaşında kişi kimi hiss edirəm”  |     20:29 Səhər yeməyini buraxmaq qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     20:21 “Liverpul” Barkolanı transfer etdi  |     20:16 Antisanitar şəraitdə kvas istehsal edən müəssisə bağlandı  |     20:08 Xəzərdə gəzinti gəmisi qayaya çırpıldı - Ölənlər var  |     20:02 Bakıda bu mənzillərə tələbat artdı - Video  |     19:55 Əhalinin banklardakı əmanətləri sürətlə artır - SƏBƏB  |     19:50 Vardanyanın arvadını 5 ilədək həbs gözləyir - Qarabağa qanunsuz giribmiş  |     19:42 Bakıda sahibsiz it qadına hücum etdi - Video  |     19:37 2048,7 hektar ərazi minalardan təmizlənib  |     19:30 Sentyabrda hava necə olacaq? - Pronqoz  |    
Left Banner
Right Banner

Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?

06.10.2021 21:11 2 787
Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu və "Azərbaycan Hotel Assosiasiyası" İctimai Birliyi ulduz sertifikatı almaq istəyən hotellər üçün bir sıra tələblər müəyyən edib.

"Report" xəbər verir ki, tələblərə əsasən, təsnifat zamanı auditorlar təsadüfi şəkildə yoxlama üçün hər kateqoriyadan bir neçə otaq seçəcəklər.

Yoxlanılacaq otaqların sayı və yaxud faizi məcburi şəkildə qeyd olunmur.

Bundan əlavə qonaq rəyləri yoxlamadan əvvəl və sertifikatın qüvvədə olduğu müddətdə mütəmadi yoxlanılır. Ballar yalnız hər bir otaq üçün bir meyar tamamilə yerinə yetirildikdə və ya müvafiq meyarlarda göstərildiyi zaman verilir.

Hər bir kateqoriya üçün məcburi meyarlar standart keyfiyyət səviyyəsinə zəmanət verir. Könüllü meyarlar isə sahibkara qonaqlarına əlavə xidmətlər təklif etmək azadlığını verir.

Hotellər qarşısında qoyulmuş maraqlı tələblərdən biri konsierj və qapıda durmaq üçün xüsusi ayrılmış işçinin fərqli olması ilə bağlıdır. Tələblərdə də bu nüans xüsusilə istisna olunub. Yalnız ayrıca təyin olunmuş işçilər olarsa, hotel o meyarlara uyğun bal əldə etmiş olur.

Geniş və yüksək kateqoriyalı otaqlar hotelə daha çox bal verir. Yastıqların illik təmizlənməsi və / və ya yastıqların yenilənməsi yalnız sertifikat və ya hesab-faktura ilə təsdiqlənə bilər. Əgər hotel öz paltaryuyan maşınlarında mütəmadi olaraq 60 və 90 dərəcədə yastıqlarını yuyaraq qeydiyyat aparırsa, bu meyar tamamlanmış sayıla bilər.

Bundan əlavə qonaqlama mərkəzlərində olan restoranların həmçinin konfrans otağı kimi də istifadə oluna bilməyəcəyi qeyd edilir. Konfrans otağı avadanlıqları mövcud olan bir restoranı belə auditorlar konfrans salonu kimi tanımayacaq.скачать dle 11.3
Mojo.az Banner