Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

7 il əvvəl yol qəzasında 6 nəfəri öldürən Türkiyə vətəndaşına hökm oxunub

24.07.2018 13:23 2 892
7 il əvvəl yol qəzasında 6 nəfəri öldürən Türkiyə vətəndaşına hökm oxunub
Gəncə Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı, 34 yaşlı Yazıçı Yakup Zulkif oğlunun CM-nin 263.3 (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ittiham aktına əsasən, 2011-ci il noyabrın 30-da Bakı-Qazax yolunun 450-ci kilometrliyində Ağstafa rayon sakini Xaliq Aslanovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil Türkiyə vətəndaşı Yazıçı Yakupun idarə etdiyi “Mercedes-Benz” markalı TIR yük avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”də olan bir ailənin 6 üzvü - sürücü X.Aslanov, Gülüzar Aslanova (1929-cu il təv.), Elza Aslanova (1958-ci il təv.), Mətanət Aslanova (2000-ci il təv.), Emin Aslanov (2004-cü il təv.), Teymur Aslanov (2009-cü il təv.) hadisə yerində ölüblər. Daha iki sərnişin - Xatirə Aslanova (1981-ci il təv.) və Aynur Aslanova (1986-cı il təv.) müxtəlif dərəcəli xəsarətlərlə
Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər ikisinin həyatını xilas etmək mümkün olub.

Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, yol qəzasının törədilməsində Yazıçı Yakup təqsirli bilinib, lakin sonuncu istintaq orqanından qaçıb gizləndiyi üçün, onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmayıb. 2015-ci ildə Yazıçı Yakupun barəsində İnterpol vasitəsi ilə axtarış elan edilib və o, 2017-ci ildə ölkə hüdudlarından kənarda həbs olunaraq Azərbaycana ekstradisiya olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Son xəbərlər