Mojo.az Banner
23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |     22:54 Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?  |     22:51 Azərbaycan Ordusu ilə bağlı saxta video yayılıb  |     22:50 Oman sahilləri yaxınlığında tankerə hücum edilib  |     22:22 Yuxuda qızıl tapmaq nə deməkdir?  |     22:17 Polis 1 tondan çox çətənə kolunu məhv etdi  |     22:12 Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi  |     22:06 Maştağada 52 yaşlı kişinin meyiti tapıldı  |     22:00 "Bəxt quşu" 4 BÜRCÜN çiyninə qonacaq  |     21:52 Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət alıb  |     21:46 İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?  |     21:41 Trampın sosial media paylaşımları pulla satılacaq  |     21:32 "Moody’s" SOCAR-ın reytinqini açıqladı  |     21:27 Konqoda Ebola virusundan ölənlərin sayı artır - Son rəqəmlər  |     21:19 Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ  |     21:13 İraqda Starlink rəsmi fəaliyyətə başlayır  |     21:00 Əhmədabad şəhərində güclü partlayış - Ölənlər var  |     20:53 Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub  |     20:41 Gəncədə bir yaşlı uşaq xəstəxanada öldü  |     20:35 Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı  |    
Left Banner
Right Banner

Sumqayıtda yol qəzasında 5 nəfəri öldürən sürücüyə hökm oxunub

11.09.2019 17:50 2 901
Sumqayıtda yol qəzasında 5 nəfəri öldürən sürücüyə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Həsənovun (1977-ci il təv.) CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində İlham Həsənovun idarə etdiyi “İVEKO” markalı yük avtomaşını ilə İlham Qasımovun (1969-cu il təv.) idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub. Zərbədən dərəyə aşması nəticəsində “Mersedes” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər Saleh Musayev, Məhəbbət Musayeva, Amil Məmmədov və Vidadi Nuriyev hadisə yerində ölüblər.

Yük avtomaşının sürücüsünün hadisə yerindən qaçması faktına görə DİN Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində
İ.Həsənov mayın 11-də şübhəli şəxs qismində tutulub.

Məlum olub ki, “Mercedes” markalı avtomobildə olanlardan dördü 2 ailə idilər və onlar Goranboy rayonundan, əsgər görüşündən Şabrana qayıdırdılar.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner