Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 Zelenski Türkiyəyə səfər edib | 17:13 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq | 17:04 Türkiyədə zəlzələ oldu | 17:03 “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq | 16:58 Bağlanan banklara borcu olanlara xəbərdarlıq | 16:48 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya | 16:47 Bəzi hərbçilər cərimələnəcəklər | 16:25 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü | 14:55 Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto | 14:53 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək | 14:50 Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı | 14:33 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat (FOTO) | 14:18 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib | 14:17 Şahdağa qar yağıb - Faktiki Hava | 14:05 Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü | 14:05 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq? | 14:01 100-dən çox şəxs borca görə saxlanıldı | 13:47 Azərbaycan nefti bahalaşdı | 13:38 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" | 13:31 Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi |
Mojo.az Avto
Mojo.az Avto

“Məni aldadacaqdızsa, niyə imkan vermədiniz özümü yandırım” – İki uşaq anası məmurlara səsləndi – VİDEO

22.07.2018 23:48 8 211
“Məni aldadacaqdızsa, niyə imkan vermədiniz özümü yandırım” – İki uşaq anası məmurlara səsləndi – VİDEO

“Niyə məni xilas edirdiniz, niyə qoymadınız Prezident Administrasiyasının qarşısında yanım. Əgər sonunda belə ədalətsiz qərar çıxarılacaqdısa, bu həngamə nəyə lazım idi?”

Məhəmədə ədalətsizlikə üləşdiyini iddia edən Rena Verdiyeva prezidentdən, birinci vitse-prezidentdən imdad diləyir. Prezident Administrasiyasının qarşısında özünü yandıraraq intihara cəhd edən xanım bildirir ki, hadisədən sonra aidiyyəti dövlət qurumlarında onu qəbul edərək işinə ədalətlə baxılacağına dair söz veriblər. Lakin Apelyasiya Məhkəməsində verilən qərar onların bütün ümidlərini alt-üst edir.

2012-ci ildə Kifayət Dostumalıyevaya iş qurmaq üçün 150 min manat pul verdiyini deyən xanım 2 uşağı ilə evsiz qaldığını bildirir. Onun sözlərinə görə, qarşı tərəf onu aldadaraq pulunu mənimsəyib və yüksək səviyyədə himayə olunduğuna görə həmin məbləği geri qaytara bilmir.

Davamlı şikayətləri nəticəsində

K.Dostumalıyevaya cinayət işi açılıb, həbs edilsə də sonradan məhkəmənin qərarı ilə bəraət verilib. Xanım Verdiyeva bundan sonra yeganə çıxış yolu kimi Prezident Administrasiyasının qarşısında intihar yolunu seçib. Lakin onun bu cəhdinin qarşısı alınıb, dinlənilib və iş Apelyasiya Məhkəməsində davam etdirilib.
Məhkəmənin gedişində hətta əlavə şahidlərin dindirildiyini deyən R.Verdiyeva istintaqın ədalətli aparıldığını, hətta hakimin qarşı tərəfə ya pulu qaytarmalısan, ya da həbs ediləcəksən xəbərdalığı etdiyini söylədi.

Lakin son qərar Verdiyeva üçün gözlənilməz, sarsıdıcı olur. Apelyasiya Məhkəməsi bəraət qərarını qüvvədə saxlayır. Əli hər yerdən üzülən Rena xanım yenə intihar barədə düşünür. Lakin bundan öncə son dəfə olaraq ölkə rəhbərliyinə müraciət edir:

Son xəbərlər