Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Bu dəfə də haqsızlıq etsələr, yarımçıq qalmış işi başa çatdıracam” – Prezident Administrasiyasının qarşısında özünü yandıran 2 uşaq anası

25.06.2018 18:19 3 426
“Bu dəfə də haqsızlıq etsələr, yarımçıq qalmış işi başa çatdıracam” – Prezident Administrasiyasının qarşısında özünü yandıran 2 uşaq anası
 "4 aydır ki, işi uzadırlar. Qarşı təfərin vəkili hər dəfə bir bəhanı ilə məhkəmə prosesinə gəlmir. Hakimlər isə buna göz yumur. Yenə ədalətsiz qərar veriləcəyindən narahatam”. PressClub.Az-a müraciət edən Rena Verdiyeva məhkəmədə iddiası əsasında qaldırılan işə ədalətli baxılmamasından narahatdır.

Qeyd edək ki, xanım Verdiyeva Dostumalıyeva Kifayət İbrahim qızı və oğlu Yusifov Kənan Namiq oğlunun ona qarşı dələduzluq etdiklərini iddia edir. Aldadılaraq 150 min manatının sözügedən şəxslər tərəfindən mənimsənildiyini deyən Rena xanım bu iddia ilə məhkəməyə müraciət etmiş, lakin Ağır Cinayətlər Məhkəməsində qarşı tərəfə bəraət hökmü çıxarılmışdı.

Bu hökmlə razılaşmayan şikayətçi tərəf etiraz əlaməti olaraq Prezident Administrasiyasının qarşısında özünü yandırmaqla intihara cəhd etmişdi. Lakin intiharın qarşısı alınmış R.Verdiyeva aidiyyəti ququmlarda qəbul olunmuş, işə baxılması üçün Apelyasiya məhkəməsinə göndərilmişdi. Martın 14-də Qədim Babayevin sədrliyi ilə başlanan proses hələ də davam edir. 



R.Verdiyeva deyir ki, iş 4 aydan çoxdur ki, uzadılır: "Bütün şahidlər gəldilər ifadələrini təsdiq etdilər. Bildirdilər ki, istintaqdakı ifadələrimizi təsdiq edirik, Ağır Cinayətlər Məhkəməsindəki ifadələr bizə məxsus deyil. Hətta 3 şahid də əlavə olaraq dindirildi. Onlar də Kifayətin pul almağını, mənə pulu qaytaracağına dair söz verdiyini təsdiqlədilər. Lakin belə bir narahatçılıq var ki, hər dəfə qarşı tərəfin vəkili bir bəhanə ilə proseslərə gəlmir. Və bizim hakimlər hər dəfə buna göz yumurlar. Niyə göz yumurlar, bilmirəm”.

Şikayətçinin sözlərini görə, qarşı tərəfin ifadələrini müqayisə etdikdə onun yalan danışdığını dərhal anlamaq olar: "Məhkəmənin sonunda ifadələr oxunub. Hər dəfə fərqli ifadədərər verir. Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində deyib ki, məndən 75840 manat alıb, Bakı Şəhər Baş Polis İdarəsində deyib ki, 70 min pul almışam. Ağır Cinayətlər Məhkəməsində 53 pul aldığını söyləyib. Hər dəfə fərqli ifadələr verib. İndi də burada deyir ki, mənim Rena xanıma heç bir borcum yoxdur”. 



Soldan 2-ci təqsirəndirilən Kifayət Dostumalıyeva

Xanım Verdiyeva qarşı tərəfin məhkəmə binasının həyətində dəfələrlə onu hədələdiyini də deyir. "Kifayət dəfələrlə məhkəmənin həyətində qabağımı kəsərək deyir ki, onsuz da, heç nə edə bilməyəcəksən, yuxarıda adamlarım var, onsuz da qərar qüvvəsində qalacaq”.

Şikayətçinin qənaətincə, məhkəmədə Kifayət Dostumalıyevanın oğlunu məsuliyyətdən kənarda saxlamağa çalışırlar: "Məsuliyyətə Dostumalıyeva Kifayət İbrahim qızı, bir də oğlu Yusifov Kənan Namiq oğlu cəlb olunub. İkisinə də 178.3.2 (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Lakin qadın oğlunu uzaqlaşdırmaq istəyir, guya onun heç nədən xəbəri yoxdur. Lakin hamısı yalandır, oğlu ilə maqazində də, Tovuzda da, "Sədərək” ticarət mərkəzinə mal gələndə də görüşmüşəm. Dəfələrlə söhbətimiz olub, pulu alanda da anasının yanında olub. Anası ilə bütün proseslərdə iştirak edib, indi onu uzaqlaşdırmağa çalışırlar, guya ki, bunun heç nədən xəbəri yoxdur. Mən bundan narahatam və haqsız qərar verilməsindən qorxuram. Yenə haqsız qərar veriısə, prezidentə, də Mehriban xanıma da müraciət etmişəm, özümə qəsd edəcəm. Artıq itirəcək heç nəyim yoxdur”.

Qeyd edək ki, R.Verdiyeva ailəlidir, 2 uşaq anasıdır.

Son xəbərlər