Mojo.az — elanlar
Son Xəbərlər
20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ucar şəhərində ağaclar qurudu – suvarılma işləri aparılmayıb

21.07.2018 16:52 2 134
Ucar şəhərində ağaclar qurudu – suvarılma işləri aparılmayıb
Ucar şəhərində ağaclar kütləvi şəkildə quruyaraq məhv olur.

Median.Az
apa-ya istinadən xəbərinə görə, şəhərin Heydər Əliyev, Oğuz, 28 may, 20 Yanvar, Koroğlu, Rəsulzadə və Azərbaycan küçələrində yol kənarında olan ağacların bir neçəsi tamamilə quruyub, Koroğlu küçəsində 3-4 yaşlı bir neçə qurumuş şam ağacı kəsilib, qalan hissəsi isə qurumaq üzrədir.

Yerli sakinlər yaşından asılı olmayaraq əksəriyyəti şam olan ağacların qurumasına əsas səbəb kimi ağacların vaxtında suvarılmamasını göstərirlər. Onlar yaranmış problemlə bağlı rayonun aidiyyəti qurumlarına müraciət etdikdən sonra son günlər suvarılma işlərinə başlanılsa da, artıq ağacların bir qismini xilas etmək mümkün deyil.

Şəhər icra nümayəndəsi Abdulla İbrahimov ağaclarının qurumasına əsas səbəb kimi ağaclara xəstəliyin düşməsini göstərib. Onun sözlərinə görə, şəhər ərazisindəki ağaclar iş qrafikinə uyğun olaraq həftənin 6 günü səhər saat 4-dən başlayaraq 2-3 saat müddətinə suvarılır. Rayona dəvət olunmuş mütəxəssislər ağaclara “Amerikan qurdu” adlanan xəstəliyinin düşdüyünü deyirlər. Artıq xəstəliyin qarşısını almaq məqsədilə dərmanlama işlərinə başlanıb.





Son xəbərlər