Mojo.az Banner
21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |     19:43 Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü  |     19:38 Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlandı  |     19:30 Ermənistanda partlayış oldu, hərbçi öldü  |     19:25 Sumqayıtda 22 motosiklet sürücüsü saxlanıldı - VİDEO  |     19:16 Narkotikin təsiri altında olan sürücü həbs olundu  |     19:11 Mingəçevirdə qayıq "River Side" hotelinin restoranına çırpıldı - Yaralılar var  |     19:04 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol hərəkət nişanlarının görünməsinə mane olan ağaclar budanıb

07.08.2024 14:53 906
Yol hərəkət nişanlarının görünməsinə mane olan ağaclar budanıb
Paytaxtımız Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində şəhərin park və istirahət bağları, küçə və yol kənarlarında mövcud ağaclara gündəlik qulluq göstərilir, mütəmadi olaraq ağacların qurumuş, təhlükə yaradan budaqları budanır, sınmış və qurumuş ağacların yerinə yeniləri əkilir, gündəlik suvarılma işləri həyata keçirilir.

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi məlumat yayıb.

Yaz-yay aylarında küçə və yol kənarlarındakı ağaclarda böyük inkişaf vardır. Ağacların inkişaf dövründə ağacların budaqları yaxınlıqda quraşdırılan bəzi işiqfor və yol nişanlarının qarşısını örtür, bu da öz növbəsində sürücülər və piyadalar üçün müəyyən çətinliklər yaradır.

Bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən şəhərdə mütəmadi olaraq monitorinqlər keçirilir, problemli ünvanlar müəyyənləşdirilir və Birliyin əməkdaşları tərəfindən həmin ünvanlardakı ağaclar budanaraq işıqfor və yol nişanlarının görünməsinə mane olan hallar aradan qaldırılır.

Onu da nəzərə almaq lazımdır ki, bu, daimi prossesdir və yaşıllıqlar il boyu inkişaf etdiyindən bu kimi hallar qaçılmazdır. Buna görə də Yaşıllaşdırma Təsərüffat Birliyi aidiyyəti qurum və ictimai nəqliyyatın balans daşıyıcılarına müraciət edərək paytaxtın müxtəlif ərazilərində müvafiq hallarla rastlaşdıqda birliyə müraciət etmələrini xahiş edir.скачать dle 11.3
Mojo.az Banner