AZTV sədrini öldürmək istəyən şəxslərə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:24 Azərbaycanın ən böyük şəhərlərindən birində İKİ GÜN QAZ OLMAYACAQ  |     16:23 Bakıda qadın göl kənarında xüsusi amansızlıqla öldürüldü: Əri saxlanıldı  |     16:21 Azərbaycanda bəzi müəllimlərə 2250 manat veriləcək - SİYAHI  |     16:06 Prokuror sabiq gömrükçülərlə bağlı hökmə etiraz etdi  |     16:00 Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ  |     15:52 Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı  |     13:25 Azərbaycanlı ABŞ-nin səhiyyə sistemindən 137 milyon dollar ələ keçirib - FOTO  |     13:22 Metroda HƏYƏCANLI ANLAR: Ana və övladları ilk dəfə istifadə etdikləri eskalatordan yıxıldılar  |     13:15 Son dövrlərdə körpələrə hansı QƏRİBƏ ADLAR qoyulub?  |     13:02 Pakistan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib  |     12:56 Bakıda reabilitasiya mərkəzinin əməkdaşı iki nəfəri bıçaqladı  |     12:07 Bu il doqquz yeni bağça fəaliyyətə başlayacaq  |     12:05 Qobustanda 24 yaşlı gəlin QƏTLƏ YETİRİLDİ: Qayınatası saxlanıldı  |     12:03 Əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:01 Sumqayıt-Bakı qatarı yolda qaldı  |     11:47 Qanun dəyişir: Ödənilə bilməyən bəzi borcları dövlət qaytaracaq  |     11:36 Saniyədə 30-a qədər ağcaqanad öldürən portativ lazer düzəldildi  |     11:36 İranda İsrail kəşfiyyatının informatoru saxlanıldı  |     11:26 Bakı Limanına yeni baş direktor TƏYİN EDİLDİ  |     10:55 Metronun "20 Yanvar" stansiyası istiqamətində QƏZA: Sıxlıq yarandı  |    

AZTV sədrini öldürmək istəyən şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun CM-nin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 29,120.2.5 ( qəsdən adam öldürməyə cəhd, tamah məqsədi ilə və ya sifarişlə törədildikdə), 29, 120.2.6 (qəsdən adam öldürməyə cəhd, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə törədildikdə), 29,120.2.7 (qəsdən adam öldürməyə cəhd, iki və daha çox şəxs barəsində törədildikdə), 29,120.2.10 (qəsdən adam öldürməyə cəhd, təkrar törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, satma, saxlama və ya gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ittiham aktına əsasən, 2013-2017-ci illər ərzində "Azərbaycan Dövlət Televiziya və Radio verilişləri" QSC-nın sədri Arif Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Şücayət Əkbərov Musabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə mütəşəkkil dəstə yaradıb.

Ş.Əkbərov dələduzluq yolu ilə A.Alışanova məxsus 4 milyon 600 min manat pulunu ələ keçirib. 2016-cı ilin dekabrın 13-də A.Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilən Əkbərov Arif Alışanovu, onun qızı Nigarı və sürücüsü Hacı Babayevi öldürməsini

Q.Cəbiyevlə M.Namazova tapşırıb. Buna görə onlara 600.000 manat pul vəd edib. Lakin sonradan Namazov həmin cinayəti icra etməkdən imtina edib. Buna görə, Cəbiyev 100.000 manata bu işə keçmiş məhkum Z.Şirinovu cəlb edilib. Nəzərdə tutulan gün A.Alışanov 99-AA- 400 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomaşında, Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən dəstə üzvləri onu "Niva" markalı avtomobillə onu hündürlükdən dərəyə salmağa cəhd ediblər.

Bundan əsəbiləşən Şücayət Əkbərov növbəti planı Alışanovu güllələmək olub. Bu işin görülməsinə öz sürücüsü Aqşin Hüseynovu, həmçinin dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu cəlb edib. Alışanov Şamaxı rayonun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa gedərkən, onu öldürməyi planlaşdırıblar. Lakin fikirini dəyişən Namazov sui-qəsd planı barədə polisə məlumat verib və nəticədə əməliyyat yolu ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinov saxlanılıblar. Məhkəmənin qərarı ilə istintaqın gedişatında M.Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs-qəti imkan tədbiri verilib.

Məhkəmə prosesində son sözlə çıxış edən Şücayət Əkbərov barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Məhkəmənin hökmü ilə Ş.Əkbərov 18 il, Z.Şirinov və Q.Cəbiyev 16 il, A.Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

A.Hüseynovun cəza müddəti bitdiyi üçün o iclas zalından dərhal azadlığa buraxılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 885 20.07.18 16:52