Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

AZTV sədrini öldürmək istəyən şəxslərə hökm oxunub

01.02.2019 13:50 3 876
AZTV sədrini öldürmək istəyən şəxslərə hökm oxunub
Bakı Apellyasiya Məhkəməsində Şücayət Əkbərov, Qoçalı Cəbiyev və Zöhrab Şirinovun CM-nin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 29,120.2.5 ( qəsdən adam öldürməyə cəhd, tamah məqsədi ilə və ya sifarişlə törədildikdə), 29, 120.2.6 (qəsdən adam öldürməyə cəhd, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə törədildikdə), 29,120.2.7 (qəsdən adam öldürməyə cəhd, iki və daha çox şəxs barəsində törədildikdə), 29,120.2.10 (qəsdən adam öldürməyə cəhd, təkrar törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, satma, saxlama və ya gəzdirmə) maddələri ilə məhkum olunmalarına dair iş üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, ittiham aktına əsasən, 2013-2017-ci illər ərzində "Azərbaycan Dövlət Televiziya və Radio verilişləri" QSC-nın sədri Arif Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Şücayət Əkbərov Musabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə mütəşəkkil dəstə yaradıb.

Ş.Əkbərov dələduzluq yolu ilə A.Alışanova məxsus 4 milyon 600 min manat pulunu ələ keçirib. 2016-cı ilin dekabrın 13-də A.Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilən Əkbərov Arif Alışanovu, onun qızı Nigarı və sürücüsü Hacı Babayevi öldürməsini

Q.Cəbiyevlə M.Namazova tapşırıb. Buna görə onlara 600.000 manat pul vəd edib. Lakin sonradan Namazov həmin cinayəti icra etməkdən imtina edib. Buna görə, Cəbiyev 100.000 manata bu işə keçmiş məhkum Z.Şirinovu cəlb edilib. Nəzərdə tutulan gün A.Alışanov 99-AA- 400 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomaşında, Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən dəstə üzvləri onu "Niva" markalı avtomobillə onu hündürlükdən dərəyə salmağa cəhd ediblər.

Bundan əsəbiləşən Şücayət Əkbərov növbəti planı Alışanovu güllələmək olub. Bu işin görülməsinə öz sürücüsü Aqşin Hüseynovu, həmçinin dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu cəlb edib. Alışanov Şamaxı rayonun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa gedərkən, onu öldürməyi planlaşdırıblar. Lakin fikirini dəyişən Namazov sui-qəsd planı barədə polisə məlumat verib və nəticədə əməliyyat yolu ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinov saxlanılıblar. Məhkəmənin qərarı ilə istintaqın gedişatında M.Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs-qəti imkan tədbiri verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əkbərov 18 il, Z.Şirinov və Q.Cəbiyev 16 il, A.Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

A.Hüseynovun cəza müddəti bitdiyi üçün o iclas zalından dərhal azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ş.Əkbərovun cəzası 16 ilə, Z.Şirinovun cəzası isə 14 il 6 ay müddətinə azaldılıb.скачать dle 11.3
Mojo.az Banner