Mojo.az Banner
23:15 Paşinyan yeni Konstitusiya ilə bağlı qərarını açıqladı  |     23:03 Ermənistan Rusiyadan qaz və neft sazişlərinin ləğvi ilə bağlı xəbərdarlıq məktubu alıb  |     22:01 Əli Nağıyev MDB-yə üzv dövlətlərin iclasında iştirak edib  |     21:43 Uşaqlar üçün ən faydalı cizgi filmləri BUNLARDIR  |     21:31 Bu gölün ətrafındakı torpaqlar qızılla örtülüb  |     21:15 Mənzil aldı, 22 kvadratmetr itirdi: Xırdalan sakini şirkətdən şikayətçidir - Video  |     21:13 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndəriləcək  |     21:10 UFC ulduzundan sərt açıqlamalar: "Tsarukyanı biabır edəcəyəm"  |     20:23 Rusiyanın hərbi fəallığına görə Yaponiya iki cəbhədə müharibəyə hazırlaşır  |     20:18 İrandakı müharibə "Toyota"ya zərbə vurdu: 83 min avtomobil...  |     20:10 Fermer azərbaycanlı merə hücum etdi - Vəziyyəti ağırdır  |     20:04 Avropada anormal istilər bir neçə ölkədə ölümə səbəb olub  |     19:55 Biznes üçün vahid maliyyə platforması yaradılacaq  |     19:50 Qlobal çöküş: Yer əhalisi 2064-cü ilə qədər iki dəfə azala bilər  |     19:43 Kino tarixini dəyişdirən görüş: Spilberqin kult filminin adı necə dəyişdi?  |     19:37 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq  |     19:30 Gəncədə restoran yandı  |     19:25 Rusiya Ermənistana xəbərdarlıq etdi  |     19:16 “Reddit”in sahibi vəfat etdi  |     19:11 28 May günü hava necə olacaq?  |    
Left Banner
Right Banner

"Avropada yaşayan təxribatçılar ölkəyə gətirilməlidir" - Deputat Orduxandan danışdı

13.07.2018 15:57 1 712
"Əgər Avropada oturan "demokrat”lar konkret cinayət hadisəsini təbliğ edirlərsə, bu artıq onların həmin cinayət hadisəsinə mənəvi olaraq ortaq olduğunu göstərir”.

Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Orduxan Teymurxan və digər təxribatçı qüvvələrin ölkəmiz əleyhinə çağırışlarına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, bu onların mahiyyətini ifşa edir: "Bu aydın şəkildə göstərir ki, onlar hansı maraqlara xidmət edir və hansı sifarişləri icra edirlər. Çox təəssüf ki, bu gün Avropanın mərkəzində bir çox terror təşkilatları açıq şəkildə fəaliyyət göstərir. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları Avropanın hüquq-mühafizə orqanları ilə ciddi müzakirələrə başlamalı və bu təxribatçıların ekstradisiyasına, ölkəyə gətirilməsinə nail olmalıdırlar. Bilirsiniz ki, qardaş Türkiyə uzun müddətdir bu problemdən əziyyət çəkir. Türkiyə və hətta Avropa Birliyinin özü tərəfindən terror təşkilatı kimi tanınan terror qruplaşmaları bu gün Avropada açıq fəaliyyət göstərirlər. Çox təəssüf ki, belə hallarla tez-tez rastlaşırıq”.

Soydaşlarımızı ayıq-sayıq olmağa çağıran millət vəkili hesab edir ki, hüquq- mühafizə orqanları bu məsələdə öz fəaliyyətini artırmalıdır: "Ölkə daxilində profilaktik tədbirlər gücləndirilməlidir ki, heç bir qüvvə terror fəaliyyəti göstərə bilməsin. Bu fəaliyyət var və daha da artırılmalıdır. Dövlətçilik üçün hər hansı təhlükənin baş verməməsi istər dövlət qurumları və hüquq-mühafizə orqanları, istəsə də ölkə vətəndaşları üçün hazırda prioritet məsələ olmalıdır”.скачать dle 11.3
Mojo.az Banner