Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

80 yaşlı deputat Orduxanı rinqə çağırdı: "Kişisənsə, gəl"

07.04.2018 14:11 2 336
80 yaşlı deputat Orduxanı rinqə çağırdı:
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin İntizam komissiyasının sədri, 80 yaşlı deputat Ağacan Abiyev Hollandiyada yaşayan və Azərbaycan əleyhinə kampaniya aparan videobloqer Orduxan Teymurxanla döyüşmək üçün onu rinqə çağırıb.

Median.Az
-ın sfera.az-a istinadən xəbərinə görə, deputat bildirib ki, Orduxan Teymurxan özünü idmançı kimi təqdim etsə də, onun idmanla heç bir əlaqəsi yoxdur: "Mən bu yaşımda Orduxan Teymurxan və digərlərilə rinqə çıxmağa hazıram. Mən onlarla istənilən rinqə çıxa bilərəm. Əgər kişidirlərsə, cəsarətləri varsa, gəlib rinqdə mənə cavab versinlər. Daha qaçıb onun-bunun dalında gizlənməklə deyil. Ay Orduxan Teymurxan, heç olmasa azərbaycanlı olmağını kişilik edib göstər və qorxmadan gəl mənimlə döyüş. Baxmayaraq ki, onlardan yaşca çox böyüyəm, amma bu, məni qəti narahat etmir. Mən istənilən vaxt onlarla rinqə çıxmağa qadirəm".

Ağacan Abiyev qeyd edib ki, ağırlıq qaldırmaq idmançı olmaq deyil: ""Kulturist"ə idmançı deyən Orduxan kimi adamlar ola bilər. "Kulturist" idman deyil, əksinə, insanın sağlamlığına ciddi ziyan vuran hərəkətdir. "Kulturistlər"in beyni inkişaf etmir. Çünki onların beynini qidalandırmağa qan çatmır. Bunu mən demirəm, fizioloji baxımdan belədir. Bununla məşğul olan adamların qanı ancaq əzələlərin inkişafına sərf olunur. Ona görə də beyinə qan çatmır. Bu, fiziologiyadır. Bunu mən fikirləşmirəm. Ona görə də özlərini idmançı adlandıran bu cür adamlar ilk növbədə gedib ciddi idmanla məşğul olsunlar. Heç olmasa, gedib bir dəfə Azərbaycan çempionu olsunlar, sonra nə isə danışsınlar".

Orduxan Teymurxan və digər bir qrup şəxsin Almaniyada təxribat törətməyə çalışdığını vurğulayan deputat bunun xaricin göstərişi olduğunu söyləyib: "Bu adamlar Vətən, dövlət nədir qanmırlar. Ona görə də Azərbaycanın əleyhinə satqınlıq edirlər, dövlətin adına ləkə gətirməyə çalışırlar. Özlərinin bir bacarığı yoxdur, Azərbaycanın adlı-sanlı idmançılarına ləkə atırlar. Orduxan idmançılarla danışmaq istəyirsə, gəlib mənimlə danışsın. Mən də idmançı və professoram. Onu rinqə də çağırıram”.

Son xəbərlər