Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Quska” Azərbaycanı təhqir edənlərə 72 min pul ayırıb – FAKTLAR

14.03.2018 19:30 2 685
“Quska” Azərbaycanı təhqir edənlərə 72 min pul ayırıb – FAKTLAR
Hazırda Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə qarayaxma kampaniyaları aparan bir qrup şəxs – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərini dəstəkləyən əsas qüvvənin kimliyi məlum olub.

Median.az xəbər verir ki, Avropada fəaliyyət göstərən diaspor dairələrindən əldə olunan məlumata görə, Almaniyada sığınacaq alan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yuxarıda adları çəkilən şəxsləri bir araya gətirirək, onlara maliyyə vəsaiti ayıracağını vəd edib.

Hüseyn Abdullayev verəcəyi pulun qarşılığında Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir və digərlərindən Azərbaycan prezidenti, ayrı-ayrı yüksək vəzifəli şəxslər, onların ailə üzvləri, eyni zamanda, dövlətimiz və xalqımız haqqında iyrənc şər-böhtan və qarayaxma kampaniyaları aparılmasını tələb edib.

“Quska” başladılacaq kampaniyalar üçün həmin təxribatçıların lazımi qədər vəsaitlə təmin olunacağına söz verib.

Hüseyn Abdullayev təxribatçılara xüsusi tapşırıq verib ki, ara-sıra Ermənistan səfirliyi qarşısında kiçik aksiyalar keçirilsin və bununla Azərbaycan xalqının gözündə onların Ermənistana qarşı “düşmən” obrazı yaradılsın.

Daha sonra “Quska” Azərbaycan dövlətinin atributlarına və ayrı-ayrı vəzifəli şəxslərə qarşı qarayaxma kampaniyası aparacaq qrupun başında Emin Milli ilə yanaşı, Orduxan Teymurxanın dayanmasını istəyib.

Müzakirələrdən sonra adları çəkilən şəxslər Hüseyn Abdullayevin bu təkliflərini qəbul edərək, hərəkətə keçiblər.

Mənbənin məlumatına görə, artıq “Quska” ilkin olaraq Emin Milliyə 50 min, Orduxan Teymurxana isə 22 min avro vəsait ayırıb. O, vəsaitin davamlı olacağını söz verib.

Qeyd edək ki, Azərbaycan cəmiyyətində kriminal “Quska” obrazı yaratmış Hüseyn Abdullayev vaxtilə Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyətinin üzvlərinə saxladığı “qoçu dəstələri” ilə hücum çəkməyi ilə yadda qalıb.

2007-ci ildə Milli Məclisin iclası zamanı deputat həmkarına nalayiq söyüşlər söyən və sonra da ona hücum edən Hüseyn Abdullayevin deputat mandatı əlindən alınıb.

Bundan sonra isə Hüseyn Abdullayev müalicə almaq adı ilə Azərbaycanı tərk edərək Almaniyaya qaçıb.

Son xəbərlər