Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Mübariz Qurbanlı: Din adı altında sabitliyi pozmağa çalışırlar

16.07.2018 12:53 1 611
Mübariz Qurbanlı: Din adı altında sabitliyi pozmağa çalışırlar
Bu gün Azərbaycanda ictimai sabitlik yüksək səviyyədədir. Lakin bizim ölkəmizdə xaricdən və daxildən bəzi din adı altında gizlənən qruplar ictimai-siyasi sabitliyi təhdid edən hərəkətlərə yol verirlər.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda din adı altında sabitliyi pozmağa çalışanlara qarşı təbliğatın daha geniş səviyyədə aparılmasına böyük ehtiyac var:

“Gəncədə törədilmiş terror aktı hüquq-mühafizə orqanları tərəfindən geniş şəkildə ictimaiyyətə çatdırılıb. İstintaq davam edir. Gəncədə törədilən hadisə terror aktı idi. Bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır.

Onların din adı altında gizlənməsinə səbəb odur ki, din həssas mövzudur. Azərbaycan islam dünyasının bir parçasıdır və dini dəyərlərimizə yüksək yer verilir. Onlar da din adı altında gizlənərək bu cür cinayətkar əməllər törədiblər. Bunun arxasında da kimlərin, hansı dairələrin dayandığı araşdırılır. İlkin məlumatlar onu göstərir ki, bu qrupların izləri xaricdə olan bəzi qruplara gedib çıxır. Bu da araşdırma nəticəsində aydın olur”.

Mübariz Qurbanlı qeyd edib ki, Sumqayıtda və digər yerlərdə də bu cür qruplar mövcuddur:

“Onlar din adı altında gizlənərək bu cinayətləri törətməyə cəhd edirlər. Bunun üçün də müvafiq tədbirlər görülür. Hüquq-mühafizə orqanların Sumqayıtda apardığı işlər də həmin tədbirlərin əsas istiqamətlərindən biridir. Bu işdə bütün cəmiyyətimiz bir aradadır. Hər kəs Azərbaycan prezidenti İlham Əliyevin yeritdi siyasəti birmənalı müdafiə edir”.скачать dle 11.3
Mojo.az Banner