Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı

27.10.2018 15:16 3 754
Azərbaycanda qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı
Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvü kimi yaşayıblar.

Müxtəlif mədəniyyətlərə və dinlərə məxsus etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, İslam dəyərləri müstəsna rola malikdir.

Bu haqda Oxu.Az-a özəl açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mübariz Qurbanlı bildirib.

Komitə sədri deyib ki, ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaradıb.

Onun sözlərinə görə, Sovetlər Birliyi dağılan dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2200-dən çoxdur.

“Hazırda ölkə ərazisində 13 kilsə, yeddi sinaqoq fəaliyyət göstərir. Vətəndaşların böyük əksəriyyəti müsəlman olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı var. Ölkəmizdə dövlət qeydiyyatından keçmiş 861 dini icma fəaliyyətdədir. Bunlardan 830-u İslam, 31-i qeyri-İslam təmayüllüdür”, - deyə M.Qurbanlı bildirib.

Ölkədə fəaliyyət göstərən bütün dini icmalara öz dini ayinlərini həyata keçirmək üçün lazımi şəraitin yaradıldığını söyləyən komitə sədri deyib ki, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət tərəfindən İslam dini icmaları ilə yanaşı, digər dini icmalara da mütəmadi olaraq maliyyə yardımı ayrılır.

Ümumiyyətlə, dövlətin din siyasətinin tərkib hissəsində milli-mənəvi dəyərlərimizin qorunmasının önəmli yerlərdən birini tutduğunu deyən DQİDK sədri bu dəyərlərin qorunmasında dini maarifləndirməyə xüsusi diqqət yetirildiyini qeyd edib.

M.Qurbanlı diqqətə çatdırıb ki, komitə tərəfindən Bakıda və bölgələrdə keçirilən konfransların, görüşlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan işlərə töhfə vermək və yad dini ideologiyaların yayılmasına qarşı mübarizə aparmaqdır.

O, cəmiyyətdə, xüsusilə gənclər arasında xurafatın, eləcə də, zərərli vərdişlərin, zərərli dini cərəyanların təbliğ etdiyi ideyaların qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib.

Din pərdəsi altında gizlənən radikal qrupların məqsədinin stabilliyi pozmaq, xaos yaratmaq yolu ilə öz siyasi ambisiyalarını həyata keçirmək olduğunu qeyd edən komitə sədri Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən bu cür halların qarşısının qətiyyətlə alındığını diqqətə çatdırıb.скачать dle 11.3

Son xəbərlər