Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

03.09.2021 18:17 2 337
İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezidenti İlham Əliyev yəhudi xalqının yeni il bayramı - Roş ha-Şana münasibətilə Azərbaycanın yəhudi icmasını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə mədəniyyətlərarası və dinlərarası harmoniyanın hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin nümayəndələrinin əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində yaşadıqları vurğulanır. Qeyd olunur ki, cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunması, milli azlıqların dil və mədəniyyətinin inkişafı dövlətin daimi himayəsi altındadır. Bu siyasət milli-tarixi ənənəyə və beynəlxalq hüquqi prinsiplərə sadiq Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

Təbrikdə deyilir: “Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Yüz illərdir ölkəmizdə məskunlaşan yəhudilər burada heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyətini, dini inanc və adət-ənənələrini günümüzədək qoruyub saxlamışlar.

Məmnunluq hissi ilə qeyd edirəm ki, Qarabağın işğaldan azad olunmasında yəhudi əsilli vətəndaşlarımız respublikamızda yaşayan bütün xalqların nümayəndələri ilə birgə əsl qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər. Yəhudi icması bu gün də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində uğurla fəaliyyət göstərir.

Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş ha-Şana ilə əlaqədar bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!”

Son xəbərlər