Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Mübariz Qurbanlı: Körpələri məscidlərdəki gecə mərasimlərinə apararkən diqqətli olun

10.09.2019 14:18 2 394
Mübariz Qurbanlı: Körpələri məscidlərdəki gecə mərasimlərinə apararkən diqqətli olun
Azərbaycanda "Dini etiqad azadlığı" haqqında qanun birbaşa vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, "Dini etiqad azadlığı" haqqında qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir:

"Dini mərasimləri tənzimləyən qanunlarımızda vətəndaşların hər hansı bir dini ibadət yerinə - məscidə, kilsəyə, o cümlədən, sinaqoq və ya digər ibadət yerinə getməsi onun azad seçimidir. Vətəndaş istəsə, gedər, istəməsə, getməz. Azərbaycanda "Dini etiqad azadlığı" haqqında qanun birbaşa vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir.

Azərbaycan çoxkonfessiyalı ölkədir, 14 kilsə, sinaqoqlar və digər dinlərə aid olan ibadət yerləri var. O cümlədən, ölkəmiz İslam dininə etiqad edən dünyəvi dövlətdir. Bizdə 2500-dən çox məscid var ki, bunun da hazırda 1500-1600-ü fəaliyyət göstərir".

M.Qurbanlı bildirib ki, Azərbaycanda dini mərasimlərə dini bayramlar, hüzr mərasimləri daxildir:

"İslama görə məscidlərə gəliş sərbəstdir. İslam dininin qadağa qoymadığı məsələ yoxdursa, dövlət buna qarışmır. Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu da onun öz seçimidir.

Sadəcə olaraq,biz tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdılar".скачать dle 11.3

Son xəbərlər