Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Alternativlər olduğu halda, ölkə niyə işıqsız qaldı? – ŞƏRH

03.07.2018 12:59 1 780
Alternativlər olduğu halda, ölkə niyə işıqsız qaldı? – ŞƏRH
Mingəçevirdə “Azərbaycan” İES-də baş verən qəza bütün ölkəni işıqsız qoydu. Bu, böyük enerji qayğımızının olduğunu göstərir.

Bu fikirləri oxu.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban deyib.

Onun sözlərinə görə, dövlət qurumlarının reaksiyasına əsasən, problemin miqyası həqiqətən də böyük olub.

Ekspert maraqlı məsələyə diqqət çəkib:

“Niyə paytaxt təqribən üç saat işıqsız qaldı? Təkcə Abşeron yarımadasında “Azərenerji”nin 1437 MVt gücündə olan elektrik stansiyaları var. Yəni ümumi Azərbaycan üzrə gücün 46%-i burada toplanıb.

Həmçinin, Abşerondan başqa, bizdə 525 MVt gücündə Sumqayıt ES, 400 MVt gücündə “Şimal” ES, 300 MVt gücündə Səngəçal ES, Bakıda 107 və 105 MVt gücündə iki ədəd eletrik stansiyaları var.

İndi sual olunur: elektrik enerjisi təsərrüfatına son 15 ildə 5 milyard dollar investisiya yatırılan ölkədə enerjinin paylanması və idarə edilməsi infrastrukturunu yaratmaq mümkün olmayıb?

Necə yanı Mingəçevirdə bir elektrik stansiyasında problem yaranıb və ölkə enerji kollapsı ilə üzləşib? 2002-ci ilin yayında baş verən hadisədən nəticə çıxarılmadı? Belə də enerji təhlükəsizliyi olar?”

İ.Şabanın sözlərinə görə, neft vəsaitlərindən gələn pulların elektrik güclərinin artırılmasına xərclənməsinə baxmayaraq, bütün ölkə XX əsrin ortasında olduğu kimi yenə də Mingəçevirdəki “Azərbaycan” İES-dən asılı vəziyyətdədir.

“Bütün bunlar ona görədir ki, “Azərenerji” deyilən qurumun rəhbəri öz işi ilə məşğul olmayıb.

Keçən ilin sentyabrında dünyanın ən uca bayraq saxlayan dirəyini inşa etdirdiyi üçün ölkə başçısı qarşısında öyünməkdənsə, işlə məşğul olmaq lazım idi”, - ekspert bildirib.

İ.Şaban qeyd edib ki, elektroenergetika sahəsində islahatlar olmasa, bir daha işıqlar olmaya bilər.

Son xəbərlər