23:02 Biləcəridə sərnişin avtobusu iki minik avtomobili ilə toqquşdu  |     22:58 Norveç Rusiya ilə sərhəd nəzarəti sistemlərini modernləşdirir  |     22:51 Bu dəfə “Swarovski”ni qarət etdilər  |     22:44 “Labubu”nun sayəsində milyarder oldu  |     22:38 Bakıda məktəb direktoru ilə müəllim arasında qalmaqal - Açıqlama  |     22:33 Ad gününə getmək üçün taksiyə minən qadının başına iş gəldi  |     22:27 Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi  |     22:19 Yola çıxan at ağır qəzaya səbəb oldu  |     22:13 "Borussiya" futbolçusu ilə yeni müqavilə bağlamağı düşünür  |     22:06 Filippində hərbi helikopterin qəzaya uğraması nəticəsində altı nəfər ölüb  |     21:59 Hansı rəng paltarın qadını daha gənc göstərir? - 6 uğurlu çalar  |     21:42 DİN "Qarabağ" - "Çelsi" oyununa qanunsuz bilet satan şəxslərə qarşı ƏMƏLİYYAT KEÇİRDİ (Video)  |     21:35 Zəfər Günü bu şəhərlərdə hərbi orkestrlərin müşayiəti altında yürüşlər keçiriləcək  |     21:30 Vaqif Vəliyev vəfat etdi  |     21:16 "Qarabağ" "Çelsi"nin qarşısını necə alacaq? - Qurban Qurbanovdan açıqlama  |     21:03 Gələn il manatın məzənnəsi necə olacaq?  |     20:50 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda sürət həddi endirildi  |     20:29 "Dediyim hər şeyi etməlisən" - Lökbatanda 18 yaşlı oğlanın qonşusunu qətlə yetirməsinin TƏFƏRRÜATI (Video)  |     20:25 Subay kişilərə niyə kirayə ev verilmir? - Sosioloq  |     20:15 PSJ-nin futbolçusu "Qızıl Oğlan" mükafatını qazandı  |    

Deputat Fazil Mustafanın şəkilləri zibil qablarına vuruldu – Etirazlar… FOTO

İki gün öncə deputat Fazil Mustafanın sosial şəbəkə profilində ilahiyyatçı Hacı Şahin Həsənlinin də yer aldığı videonu paylaşaraq sərt sözlər yazması xeyli inanclını qəzəbləndirib.

Median.Az  “minval.info” saytına istinadən xəbər verir ki, bu səbəbdən ölkə dindarları Milli Məclis üzvünü baykot edib, hətta onun karikaturası hazırlanıb. Belə ki, deputat həmçinin dindarlar barədə “mələşirlər” kimi ağır sözlər işlədib.

İnanclılar sosial şəbəkə profillərində Fazil Mustafaya etirazlarını bildiriblər. Bundan əlavə, Rusiyada yaşayan müsəlmanlar deputatın şəkilləri zibil qablarının üzərinə vurub.

İlahiyyatçı Hacı Şahin Həsənli də öz növbəsində onun bütün dediklərinə geniş məqalə yazıb. O, deputatın İmam Hüseynə ağlamaq və mərsiyə oxumaq barədə qeyd etdiklərinə dəlil və sübutlarla cavab verməyə hazır olduğunu bildirib.

Təhsili və işləri ilə bağlı bir çox Avropa ölkələrində olan gənc fəal Ağa Meydiyev sosial şəbəkə hesabında təkcə ilahiyyatçını deyil, bir növ dini və dindarları müdafiə edəcək paylaşımı ilə diqqət çəkib. O, xristian dininə mənsub olan avropalı iş adamı ilə birgə Hacı Şahin Həsənlilə görüşündən söhbət açıb:

“2018-ci ilin əvvəlində Almaniyada və dünyada olduqca məşhur olan şirkətlərdən birinin işçisi, Azərbaycanda səfərdə oldu. Ən azı 50-dən çox ölkəyə səfər etmiş , iş təcrübəsi 2o ildən çox olan həmin şəxsə Hacı Şahin Həsənli barədə məlumat vermişdim. Onunla görüşmək istədi. Gərgin olmaqla yanaşı məhsuldar fəaliyyəti olan Hacı Şahin dəyərli vaxtını bizə ayırdı. Görüşdük, danışdıq. Cümə günü isə “Məşədi Dadaş” məscidində qonaq oldu, çıxışı ingilis dilinə elə orada ona tərcümə edirdim”.

A.Mehdiyev daha sonra avropalı qonağın ilahiyyatçı barədə təəssüratlarını bölüşüb:

“Olduqca intellektual, mənəvi, dünyagörüşlü şəxsdir. Belə xarizmatik, faydalı insanlar dünyada çox azdır. Ona sevgim, hörmətim var. Şahin Həsənlini tanımağa çox məmnun oldum”.

Gənc fəal daha sonra bildirib ki, bu görüşdən sonra həmin iş adamı görüşdən sonra İmam Hüseyn ziyarətinə getmək istəyib.

Xatırladaq ki, Ağa Mehdiyev 3 il öncə Fransa nəşrlərindən birində İslam peyğəmbərinin karikaturası çəkildiyi üçün terror hadisəsi olduqdan sonra ictimaiyyətin böyük marağına səbəb olacaq addım atıb. O, müsəlmanlar terrorçuluqda günahlandırılan zamanda bütün deyilənlərin üstündən xətt çəkib. Belə ki, A.Mehdiyev dostu ilə birgə şəhərin mərkəzində yerləşən xristian kilsələrindən birinə gedən yolun üzərindəki qarı təmizləyiblər. Bununla onlar İslam dininin sülh dini olduğunu cəmiyyətə çatdırmaq istəyiblər.
 






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 076 06.06.18 17:04