Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Hacı Nuran hamını aldatdığı deyilən fotodan danışdı

08.04.2019 19:03 1 674
Hacı Nuran hamını aldatdığı deyilən fotodan danışdı
Teleaparıcı Hacı Nuranın uşaqla olan fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hər kəs onun qucağında olan körpənin Azərbaycanın on milyonuncu sakini olduğunu yazsa da, bu xəbərin yalan olduğu üzə çıxıb.

Median.Az
xəbər verir ki, Hacı Nuran Oxu.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“Həmin gecə bu xəbəri oxudum. Uşaqla olan bir şəklim var idi, onu öz “İnstagram” səhifəmdə paylaşmaq qərarına gəldim. Səhər gördüm ki, bütün səhifələr mənim uşaqla olan şəklimi paylaşıb.

Heç kəs də zəng vurub məndən “bu həmin uşaqdırmı” soruşmayıb. Doğulan on milyonuncu vətəndaş qızdır, mənim qucağımda olan uşaq isə oğlandır. Hər kəsdən xahiş edirəm, dəqiqləşdirilməmiş məlumatı yaymayın”, - deyə Hacı Nuran bildirib.

Xatırladaq ki, Azərbaycanın on milyonuncu sakini 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində doğulub.

Daha sonra Hacı Nuran öz sosial şəbəkə hesabında bir uşaqla fotosunu paylaşıb. KİV onun qucağındakı uşağı Azərbaycanın on milyonuncu vətəndaşı adı ilə tirajlayıb.

Daha sonra məlum olub ki, şəkildəki uşaq sözügedən uşaq deyil. Hamı Hacı Nuranı insanları aldatmaqda ittiham edib.

Son xəbərlər