Mojo.az Banner
23:03 Abşeronda usta yıxılıb öldü  |     22:52 128 ildən sonra ilk dəfə çempion oldu: azarkeşlər meydana axışdılar  |     22:45 Tramp İranı HƏDƏLƏDİ: "Yer üzündən silinəcək"  |     22:33 Azərbaycanda pul bazası 2 milyard manatdan çox artıb  |     22:28 Marketoloqdan açıqlama: "100 qramlıq qiymət sistemi qanuna uyğundur, aldanmamaq lazımdır"  |     22:21 Rusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi  |     22:11 Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu  |     22:06 "Bitcoin" yanvardan bəri maksimumu yenilədi: Daha da bahalaşacaqmı?  |     21:59 Melikov Dağıstan rəhbəri vəzifəsindən azad edildi  |     21:53 Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı  |     21:48 Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir (FOTO)  |     21:40 28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq  |     21:35 Bakıda pulu olmayan şəxs restoranda yeyib-içdi, səs-küy salıb qaçdı  |     21:28 Süni intellekt xəstələrə həkimlərdən daha dəqiq diaqnoz qoydu (TƏDQİQAT)  |     21:23 Saxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu  |     21:16 Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək  |     21:08 Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq  |     21:03 Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi  |     20:38 İran bu ölkəyə hücum etdi  |     20:30 Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməyə BİLƏR  |    
Left Banner
Right Banner

“İşdəydim deyə “Qaçqınkom” mənə ev vermədi” – Məcburi köçkün (VIDEO)

14.05.2018 17:54 2 948
“İşdəydim deyə “Qaçqınkom” mənə ev vermədi” – Məcburi köçkün (VIDEO)
““Qaçqınkom” nümayəndələri köçürülmə ilə bağlı düşərgəyə gələn zaman mən işdə olmuşam. Gecikdiyim üçün də adımı siyahıya salmadılar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Sumqayıt şəhəri Sarıqaya qəsəbəsindəki “Şəfəq” düşərgəsinin sakini, Laçından məcburi köçkün Əvəz Novruzov redaksiyamıza şikayətində deyib. Onun iddiasına görə, 1992-ci ildən sözügedən düşərgədə yaşasa da, köçürülmə zamanı ailəsinə ev verilməyib:

“2017-ci ildə oradan köçürülmə ilə əlaqədar “Qaçqınkom” nümayəndələri yaşadığımız ünvana gəlib. Mən də işdə olduğum üçün bir az gec getmişəm evə. Nümayəndə heyətinə orada yaşadığımla bağlı nə qədər sənəd göstərsəm də, məni siyahıya salmadılar. Bir az inadlaşdıqdan sonra orada yaşayan qardaşım və anamı da siyahıdan silməklə hədələdirlər. Ona görə də ehtiyat etdim və arxaya çəkildim.

Anama mənzil verildikdən sonra mən də yoldaşımla onlarda yaşamağa başladım. Çünki qalmağa başqa yerim yoxdur. Sonradan gördüm ki, heç illər boyu bizimlə birgə yaşamayan sakinlərə binadan ev verilib. Elələri var, üzünü birinci dəfədir görürdüm. Necə olur ki, 25 ildir, orada qeydiyyatdayam, yaşayıram, mənə ev verilmir?! Ancaq orada yaşamayan sakinlər yalandan siyahıya yazılaraq mənzil sahibi olub?!”

Şikayətçi dəfələrlə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsə də, müsbət nəticə əldə edə bilmədiyini də bildirib:

“Müraciətlərimə cavab olaraq bildirildi ki, guya, mən orada yaşamamışam. Üstəgəl, sənəddə mənə məlum olmayan bir ünvanı göstərib orada yaşadığımı iddia etdilər. Yenidən sənədlərimi göstərdim. Ondan sonra dedilər ki, yəqin texniki səhv olub. Bir sözlə, bəhanələr gətirdilər. 3-4 dəfə Əli Əhmədovun qəbuluna getmişəm, ancaq görüşə bilməmişəm. Sonradan cavab gəldi ki, sənədlərim Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilib, orada baxılacaq. Ancaq İcrada deyildi ki, sənədlər göndərilsə də, onlarla əlaqəsi yoxdur. Odur ki, yenidən “Qaçqınkom”a müraciət etməliyəm.

Mən də yenidən müraciət etdim, ancaq müraciətimə hələ də baxan yoxdur. Sonuncu dəfə bir neçə gün öncə Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin sədri Sənan Hüseynovun qəbulunda oldum. O da həmin vaxtı nümayəndə heyətinin tərkibində olmadığı üçün kömək edə bilməyəcəyini söylədi.

Mən orada yaşamırdımsa, prezident seçkiləri günü adıma bildiriş necə həmin ünvana göndərilib? Yaşamırdımsa, “Qaçqınkom”un orada yaşamağımla bağlı 2009 və 2017-ci illərdə verdiyi arayışlar saxtadır?!”

“Qafqazinfo” şikayətlə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyevlə əlaqə saxlayıb. Komitədən bildirilib ki, müraciətlə bağlı artıq araşdırmalara başlanılıb. Yaxın günlərdə araşdırmanın nəticəsi ilə bağlı həm şikayətçinin özünə, həm də mətbuata açıqlama veriləcək.скачать dle 11.3
Mojo.az Banner