Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İki universitetin yataqxanası boşaldılır - 1200 ailə köçürüləcək

17.02.2020 18:15 1 637
İki universitetin yataqxanası boşaldılır - 1200 ailə köçürüləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıdakı bir neçə universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünləri bu il ərzində yeni qəsəbələrə köçürəcək.

Median.Az
report-a istinadən xəbər verir ki, bunu Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov deyib.

Onun sözlərinə görə, köçürülmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində hazırlanan "Yol Xəritəsi”nə əsasən həyata keçiriləcək:

"Yasamal rayonundakı "Kaktus” kimi tanınan ərazidə Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanaları var. Orada təxminən, 1200-ə yaxın məcburi köçkün ailəsi yaşayır. Həmin ailələrin "Qobu-3” kompleksinə köçürülməsi nəzərdə tutulub. Bu kompleks aprel ayında istifadəyə verilməlidir və ora yalnız həmin universitetlərin yataqxanalarda yaşayan məcburi köçkünlər köçürüləcək”.

E.Zeynalov deyib ki, "Yol Xəritəsi”nə əsasən, yataqxanalar, sanatoriya, uşaq bağçası, məktəb, poliklinika binaları və yarımçıq tikililərdə yaşayan məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi 2024-cü ilə qədər başa çatacaq:

"Həmin yerlərdə yaşayan ümumilikdə 23 850 məcburi köçkün ailəsi yeni qəsəbələrə yerləşdiriləcək. Bu da 85 000 nəfərə yaxın məcburi köçkün deməkdir”.

Son xəbərlər