Mojo.az Banner
SON DƏQİQƏ
17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Mehriban Əliyevadan seçki qabağı əhaliyə Böyük sürpriz - Rəsmi

13.03.2018 23:56 3 330
Mehriban Əliyevadan seçki qabağı əhaliyə Böyük sürpriz - Rəsmi
Ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimidörd min köçkün ailəsi yeni evlərə köçürüləcək

"Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb".

APA-nın məlumatına görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənov nəzərə çatdırıb ki, keçən il 2300 ailə - 12 mindən çox məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin olunub, bu il isə ən azı 20 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürüləcək. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salındığını, 53 min ailənin və ya 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını deyən baş nazirin müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli birinci vitse-prezidentin də fəaliyyətinin prioritetidir.

Bakı və Sumqayıt şəhərlərindəki digər qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də Mehriban Əliyevanın təşəbbüsü ilə yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən Ə. Həsənov bir daha diqqətə çatdırıb ki, dövlət başçısının da, ölkənin birinci vitse-prezidentinin də vurğuladıqları kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək: "Bu proses mərhələli yollarla həll edilir, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınaraq məcburi köçkünlər orada yerləşdirilir”.

Ə. Həsənov baş nazirin müavini, YAP sədrinin müavini səlahiyyətləri çərçivəsində işğal altında olan rayon icra hakimiyyəti başçılarına məcburi köçkünlərlə mülayim davranmaq, onların problemlərinə diqqət və qayğı ilə yanaşmaq, onlara lazımi xidmətləri göstərmək, səlahiyyətləri çərçivəsində məcburi köçkünlərin problemlərinin həllinə nail olmaq göstərişlərini də verib.скачать dle 11.3

Son xəbərlər