Mojo.az Banner
16:55 Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     16:12 “Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ  |     16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |     16:09 Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.  |     16:07 Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ  |     16:04 Bakıda avtomobil piyadanı vurdu - Sürücü vəfat etdi  |     16:02 Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...  |     16:00 Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA  |     15:53 Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır  |     15:47 Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı  |     15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |     15:27 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü  |     13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |     13:32 Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib  |     13:19 37 yaşlı musiqiçi evində ölü tapıldı  |     13:11 Bakıda səfərdə olan Ermənistanın kəşfiyyat rəhbəri İrəvana niyə gec qayıdıb?  |     13:02 Paşinyan: "İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq"  |     13:01 Azərbaycan nefti bahalaşdı  |     12:53 Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB  |    
Mojo.az Avto
Mojo.az Avto

Elçin Əlibəylinin Maral Tahirqızını verilişindən qovmasına rəsmi münasibət

08.05.2018 17:32 4 287
Elçin Əlibəylinin Maral Tahirqızını verilişindən qovmasına rəsmi münasibət
Milli Televiziya və Radio Şurası (MTRŞ) Elçin Əlibəylinin aparıcılıq etdiyi "Space" televiziyasının "El bizim, sirr bizim" verilişində baş verənlərə münasibət bildirib.

Median.Az
xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov report-a açıqlamasında deyib ki, həmin veriliş Şuranın monitorinq nəzarətinə götürülüb.

T.Dadaşov qeyd edib ki, verilişdə baş verənlər və aparıcının davranışları təhlil olunub: "Məsələ ilə əlaqədar müvafiq arayış tərtib edilərək rəhbərliyə təqdim olunub.

Verilişdə aparıcının Maral Tahirqızı adlı şəxsi təhqir etməsi məsələsinə gəlincə, hesab edirəm ki, buna həmin şəxs özü fərdi qaydada münasibət bildirə bilər ki, baş verənləri özünə təhqir hesab edir, ya yox. Bununla belə, sağlam efir mühiti baxımından aparıcıların efirdə hansı məqsədlə olur-olsun insanlarla kobud, efir etikasına zidd şəkildə ittiham etməsi, özünü hakim kimi aparması yolverilməzdir. Əgər verilişə çağırılan şəxs müzakirə olunan mövzuya uyğun səviyyədə deyilsə, onu ora çağırmaq yalnız şou yaradaraq reytinq qazanılmasına xidmət edə bilər. Çox təəssüf ki, bir çox verilişlərdə bizim təcrübəli hesab etdiyimiz illərin aparıcıları müzakirə verilişlərində özlərini tərəf kimi aparırlar. Bu, olmamalıdır. Digər tərəfdən, sağlam müzakirə istisna olmaqla ələ salmaq və ya digər məqsədlər üçün iştirakçıların bir-birinə qarşı qoyulması da qəbuledilməzdir. Çox təəssüf ki, bu cür hallar son vaxtlar tez-tez rastlaşılır.

Tövsiyə edərdim ki, aparıcılar xarici həmkarlarının praktikası, bu sahədə yazılan ədəbiyyatlarla yanaşı, teleradio yayımı haqqında milli qanunvericiliklə də yaxından tanış olsunlar".

Qeyd edək ki, "El bizim, sirr bizim" verilişinin aparıcısı Elçin Əlibəyli Maral Tahirqızını verilişindən qovub.скачать dle 11.3
Mojo.az Banner