Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dərman mafiyasına görə qovulan generalları nə gözləyir?

08.05.2018 13:16 2 961
Dərman mafiyasına görə qovulan generalları nə gözləyir?
Ötən gün Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin ifşa olunması barədə məlumat yayılıb.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları işdən çıxarılıb. Onlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və başqalarıdır.

Bir neçə şəxs, yəni Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

"Qafqazinfo" sözügedən şəxslər haqqında maraqlı məlumatlar əldə edib.

Belə ki, gömrük xidməti general-mayoru Sadiq Abduyev uzun illər bu sahədə çalışıb. Prezident tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Onun böyük biznesə sahib olduğu haqqında məlumatlar var. Həyat yoldaşı Könül Abduyeva şəhərin mərkəzində yerləşən "K.aan" modalar evinin rəhbəridir.

Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev 1962-ci ildə Masallı rayonunda anadan olub. İxtisaca uroloqdur. 2008-ci ildən Mərkəzi Gömrük Hospitalında çalışır. Ailəlidir, 2 övladı var. 2014- cü ildə prezident tərəfindən ona "əməkdar həkim" adı verilib.

İşdən çıxarılan generalların yaxın günlərdə həbs olunacağı gözlənilir.

Həbs edilən Məmmədli Fərman Həmzə oğlu isə 2012- ci ildə gömrük işinin inkişaf etdirilməsində xüsusi xidmətlərinə, vəzifələrini ləyaqətlə yerinə yetirdiklərinə və gömrük orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə "dövlət qulluğunda fərqlənməyə görə" ordeniylə təltif edilib.

Son xəbərlər