Mojo.az Banner
16:08 Nazirdən qərar: Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi  |     15:53 Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır  |     15:13 Azərbaycanla Ekvador arasında viza tələbi LƏĞV EDİLDİ  |     14:46 Hövsanda evlər sökülür - Kompensasiya veriləcək  |     14:33 Universitetlərdə diplomlar bu ildən elektron veriləcək  |     14:31 Kasım-Jomart Tokayev İlham Əliyevə təşəkkür etdi  |     14:14 "Demokratiya TV"nin rəhbəri həbs edildi  |     14:05 Pirşağıda dənizdə qadın batıb  |     13:19 Yer kürəsində maqnit qasırğası bürüyəcək  |     13:18 Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?  |     13:15 Şavkat Mirziyoyev: "Birinci Türkoloji Qurultay türk xalqlarının yüksəlişi üçün böyük tarixi hadisə idi"  |     13:04 Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     12:57 Venesuelada zəlzələ qurbanlarının sayı 1 450 nəfərə çatdı  |     12:48 Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər  |     12:45 Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI  |     12:44 Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ (Video)  |     12:43 Venesuelada zəlzələdən 4 gün sonra ata və oğlu sağ tapıldı  |     12:39 Leyla Əliyeva və Alyona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - FOTO  |     12:29 XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"  |     12:08 Azərbaycanda buğdanın yeni tədarük QİYMƏTİ MÜƏYYƏN EDİLDİ  |    
Left Banner
Right Banner

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edildi - DTX, Baş Prokurorluq, DGK-dan birgə açıqlama

07.05.2018 18:51 3 497
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edildi - DTX, Baş Prokurorluq, DGK-dan birgə açıqlama
Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətləri birgə məlumat yayıb

Açıqlamada deyilir:

Səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı, əhalinin sağlamlığına ciddi təhlükə yaradır.

Son dövrlər bəzi hüquqi və fiziki şəxslər tərəfindən mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və  keyfiyyətsiz dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi, bəzi vəzifəli şəxslərin qeyd olunan qanunsuzluqlara şərait yaratması ictimaiyyətdə haqlı narazılıqlara səbəb olmuş, hüquq mühafizə orqanları tərəfindən görülən ardıcıl tədbirlərdən belə şəxslərin nəticə çıxarmaması qeydiyyatsız dərman vasitələrinin qanunsuz idxalının qarşısının alınması istiqamətində kompleks əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir

30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunmuşdur. Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılmışdır. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən "Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülmüşdür. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki "İrem”, "Qlükoza”, "Avas”, "Fatimə”, Nəsimi rayonu ərazisindəki "Zeytun”, "Medical City”, "Elit”, "Vahid”, "Dokta Elite”, Nərimanov rayonu ərazisindəki "Şəfa”, "Şəfa Zeytun 426”, "Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılmışdır.

İlkin istintaqla müəyyən edilmişdir ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil etmişlər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin  25 %-i dəyərində haqq almış, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin etmişlər. 

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülmüşlər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner