Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi |
Mojo.az Avto
Mojo.az Avto

Qadın hindistanlı turisti Bakıda hoteldə qarət etdi - Təfərrüat

21.09.2026 12:01 543
Qadın hindistanlı turisti Bakıda hoteldə qarət etdi - Təfərrüat
Hindistanlı turist Bakıda qarət olunub.

Hadisə paytaxtda fəaliyyət göstərən "Memi" hoteldə baş verib.

Hindistandan Azərbaycana gələn turist Bakıdakı gecə klublarından birində Sahilə Məmmədova (ad və soyad şərtidir - red.) ilə tanış olub. Spirtli içki qəbul edəndən sonra o, Sahiləni qaldığı hotelə dəvət edib. Səhəri gün Sahilə ona zəng vuraraq hotelə gəlmək istədiyini bildirib və bunun üçün turistdən 20 manat taksipulu istəyib. Hindistan vətəndaşı ona 20 manat göndərib və görüşməyə razılıq verib. Onlar hoteldə görüşəndən sonra Sahilə turistdən 100 dollar alıb. Daha sonra kişi hamamda olarkən Sahilə onun pulqabısını tapıb və orada olan 1 100 dolları götürərək hoteldən qaçıb.

Turist məsələ ilə bağlı polisə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Sahilə Məmmədova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə S.Məmmədovaya 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.
//oxu.az

Son xəbərlər