Mojo.az Banner
12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |     11:47 Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb  |     11:46 Özbəkistan 2027-ci ildə MDB-yə sədrlik edəcək  |     11:25 Paşinyan səhərini Azərbaycan dilində mahnı ilə açdı - Video  |     11:23 Azərbaycan neftinin qiyməti 133 dolları keçdi  |     11:14 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     11:12 Paytaxtın mərkəzi yollarından biri üç gecə bağlı olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Taksi sürücüsü ilə yatdığı yataqda ərini öldürdü - VİDEO

19.01.2024 22:54 1 830
Taksi sürücüsü ilə yatdığı yataqda ərini öldürdü - VİDEO
Kişi ona taksi sürücüsü ilə xəyanət edən həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Belə ki, Akif və Sahilə (Adlar şərtidir) bir il idi ki, ailə qurmuşdular. Kirayə qalan cütlük çox yaxşı yola gedir, bir neçə il işlədikdən sonra övlad sahibi olmaq istəyirdilər.

Bir gün Sahilə internetdən tapdığı iş görüşündən evə qayıdarkən taksi sürücüsü Şakirlə tanış olur. Şakir iş tapmamaqla bağlı başına gələn məzəli əhvalatlar uydurub onu güldürür və Sahilənin ondan xoşu gəlməyə başlayır. Ünvana çatanda Şakir maşından düşüb Sahilənin nömrəsini alır və onların münasibəti başlayır.

Bir neçə gün yazışdıqdan sonra Şakir Sahilənin evinə gəlir, onlar spirtli içki içərək bir-birinə sevgi etirafı edirlər. Daha sonra intim əlaqədə olurlar. Akif isə Sahilə ilə aralarında soyuqluq yarandığını hiss edir, amma büruzə verməməyə çalışırdı.

Şakir Sahilə ilə görüşmək üçün yenidən onun evinə gəlir. Onlar söhbət edərkən Akif qəfil evə gəlir. Evinin qarşısında yad maşın görüb sürətlə içəri girir. Onu qarşılayan həyat yoldaşından maşının kimin olduğunu soruşur, evdə başqa birinin olduğundan şübhələndiyini deyir və otaqları axtarır. Sahilə Akifi sakitləşdirərkən Şakir evdən qaçmağı bacarır.

Həmin gün Akiflə Sahilə axşama qədər söhbət edir. Sahilə daha sonra yemək hazırlayır, lakin Akif istəmədiyini, dincələcəyini deyir. Sahilə isə baş verənləri düşünərək səhərə qədər yatmır.

İstintaq zamanı məlum olub ki, səhər saatlarında Sahilə mətbəxdən götürdüyü bıçaqla Akifin boyun və kürək nahiyəsinə zərbələr endirərək onu qətlə yetirib. Lakin məhkəmədə Sahilənin verdiyi ifadələrdə qeyd olunub ki, əslində, Akif intihara cəhd etmək istəyib. Sahilə onun əlindən bıçağı almaq istəyərkən aralarında mübahisə yaranıb və Akif həyatını itirib.скачать dle 11.3
Mojo.az Banner