Mojo.az Banner
21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Toyda yeyib içdi, meyiti zirzəmidən çıxdı - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

07.05.2018 23:39 3 876
Toyda yeyib içdi, meyiti zirzəmidən çıxdı - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI
Lənkəran rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. 

Median.Az lent.az-a istinadən xəbər verir ki, bu ilin 19 mart tarixindən itkin düşən şəxs kimi axtarışa verilmiş Lerik sakini, 1979-cu il təvəllüdlü Babayev Mirisaq Yadulla oğlunun ondan 2 gün əvvəl öldürüldüyü məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, M.Babayev martın 16-da həyat yoldaşını Masallıya həkimə aparıb. O, daha sonra Lənkərana bacısı oğlunun toyuna gedib və burada yeyib-içib. Sərxoş vəziyyətdə Lənkəranın Sütəmurdov kəndindəki şadlıq evini tərk edən kişi taksi saxlatdırıb və onu kafeyə aparmasını deyib. Taksi sürücüsü onu restorana aparıb. Bu zaman Mirisaq Babayev tək yeyib-içmək istəmədiyini deyib. Sürücü zəng edərək dostu, 44 yaşlı Tələt Dadaşovu məclisə dəvət edib. Onlar birlikdə yeyib-içiblər və bu zaman təsadüfən tanış olduğu şəxslər M.Babayevin cibində 2 min manata pul olduğunu biliblər. Bundan sonra T.Dadaşov ağır dərəcəli sərxoş olan Lerik sakinini özünün Aşağı Nüvədi kəndindəki evinə aparıb. Ailə üzvlərinin evdə olmamasından istifadə edən T.Dadaşov küt alətlə Mirisanın başına zərbələr vuraraq öldürüb. Onun cibindəki pulları götürən Tələt daha sonra zirzəmidə qəbir qazaraq meyiti basdırıb.

Artıq M.Babayevin meyiti eksqumasiya edilib. Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub. Araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner