Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

DİQQƏT! Bu yerlərdə tikilən evlər söküləcək – VİDEO

03.05.2018 13:51 3 644
DİQQƏT! Bu yerlərdə tikilən evlər söküləcək – VİDEO
ARB TV-nin “Günə Doğru” əkin yerlərində tikilən evlərin söküləcəyi ilə bağlı maraqlı sujet yayımlanıb.

Xaçmazın Gülalan kənd sakini Fəzail Sultanov on ildən çoxdur ki, təsərrüfatla məşquldur. O bildirir ki, bağçılıqla yanaşı fermer təsərrüfatı ilə də məşqul olmaq istəyir. Lakin tikinti aparmaq üçün təyinatı üzrə torpaq sahələrinin olmaması və pay torpağı yerlərində bu tip tikintini aparılmasına icazənin verilməməsi onu bu istəyini reallaşdırmağa imkan vermir.

Fəzail Sultanov -Xaçmaz sakini: “Mənim 2 hektar 6 sot pay torpağım var. Sadəcə olaraq hökümətin pay torpaqlarında tikinti işləri aparılmasına qadağa qoyulduğuna görə mən o işi görməmişəm. Təzəlikcə balaca fındıq bağı salmışam. Bir də heyvanlar üçün örüş yeri saxlamışam”.

Bəzən regionlarda Əmlak Məsələləri Dövlət Komitəsinin müfəttişləri yoxlama keçirərkən müxtəlif qanun pozuntularına rast gəlir. Belə ki, sahibkarlar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində həm də heyvandarlıqla məşqul olmaq məqsədilə qanunsuz tikinti aparır. Məsələn ərazidə tövlələr, kənd təsərrüfatı ilə məşğul olan ailənin yaşaması üçün fərdi evlər tikir. Belə olduqda manitorinq aparan qurum, bələdiyyə orqanları ilə sahibkarlar arasında anlaşılmazlıqlar yaranır.

Ceyhun Mustafayev – Bələdiyyə sədri: “Vətandaşlarda bir anlaşılmazlıq yaranır ki, vətəndaş hər hansı bir mülkiyyətçidən pay torpağını özəlləşdiri, pulu ilə alır elə təsəvvür edir ki, bu onun mülkiyyətidir və o torpaq sahəsində istənilən bir fəaliyyət növü ilə məşğul olmaq olar. Ev tikmək olar. Biz onlara izah edirik, qanunvericiliyin şərtlərini göstəririk ki, həmin torpaqlar fərqi yoxdu hər hansı bir təyinatla alınıbsa sırf həmin təyinatda istifadə oluna bilər”.

Sözü gedən sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. 

Ceyhun Mustafayev – Bələdiyyə sədri: “Həmin torpaqlarda bu və ya digər formada sahibkarlıq fəaliyyəti ilə tikintilərin aparılması qadağandır. Həmin tikililər üçün adətən topraqlar ayrılıb. Əgər yaşayış evləri tikilirsə bu yaşayış məntəqələri torpaqlarına aiddir. Sahibkarlıq obyektləri tikilərsə sahibkarlıqla məşğul olmaq üçün ayrılmış xüsusi yararsız torpaqlar var ki, onu da özəlləşdirdikdən sonra orada tikinti aparmaq olar”.

Torpağın dəyişdirilməsi məsələsi sahənin təyinatı üzrə istifadəsi səmərəsiz olduğu hallarda yəni subasma, çökmə, sürüşmə, şoranlaşma və digər təbiət hadisələri nəticəsində torpağın strukturu, habelə keyfiyyət göstəriciləri dəyişdikdə və ya yararsız hala düşdükdə reallaşa bilər.

Son xəbərlər