Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha 2 meyit tapıldı - bu dəfə zibillikdən - YENİLƏNİB - FOTO

17.11.2025 22:40 552
Daha 2 meyit tapıldı - bu dəfə zibillikdən - YENİLƏNİB - FOTO
Məişət tullantıları poliqonunda meyiti tapılan iki nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri - 55 yaşlı Sərraf Mustafayev və 59 yaşlı Əmrah Bədirov olduğu bildirilib.
Mərhum Əmrah Bədirovun qardaşı bildirib ki, hər iki şəxs vaqonda yanıb:


"İkisi də burada həm işləyirdi, həm də yaşayırdı. Çox ağır hadisədir. Qardaşımın heç kimlə düşmənçiliyi olmayıb. Sakit adam idi".

Qeyd olunur ki, ölən şəxslər məişət tullantıları
poliqonunun yaxınlığında yerləşən fermada gözətçi işləyirmiş. Fermanın sahibi Namik Əhmədov isə bildirib ki, hadisənin fermaya heç bir aidiyyəti yoxdur.

Belə ki, həmin şəxslər uzun müddətdir fermanın yaxınlığındakı zibil poliqonunda səfil həyat tərzi keçirib və hər iki şəxs içki aludəçisi olub. Hadisə baş verən gecə saatlarında onlar icazəsiz fermanın gözətçi otağına daxil olub, orada isinmək üçün od qalayıblar. Yəqin ki, faciə bundan sonra baş verib.

Namik Əhmədov əlavə edib ki, hər iki şəxs zibil tullantıları poliqonunda metal qırıntıları, dəmir parçaları və digər əşyalar toplayaraq satıb, gündəlik qazanc əldə ediblər. (baku.tv)
-----------

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.
Milli.Az xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə, ölənlərin hər ikisi kişidir.
Faktla bağlı araşdırma aparılır./ APA

Məqaləyə dair fotomateriallar:

скачать dle 11.3
Mojo.az Banner