Böyükşor gölü ətrafında havada nə problem var? - Nazirlik vəziyyəti araşdıracaq - VİDEO
Median.Az Baku.ws-ə istinadla xəbər verir ki, bu iddia ilə sakinlərdən biri çıxış edib.
O qeyd edib ki, parkda idman edərkən havada gözləri yandıran, nəfəs almağı çətinləşdirən kəskin vəziyyət müşahidə edib. Nəticədə burnu tutulub və gözləri yaşarıb.
Mövcud iddia ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirlikdən bildirilib ki, ərazidəki vəziyyət araşdırılacaq.