Mojo.az Banner
22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |     22:42 Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı  |     22:35 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçildi  |     22:30 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək  |     22:16 Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA  |     22:08 Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək  |     22:03 Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı  |     21:57 "Qiyamət günü" radiosu işə düşdü - Bu mesajları ötürdü  |     21:39 Leyla Əliyeva Fatimənin yeni mahnı təqdimatında - VİDEO  |     21:34 “Qarabağ”dan bu yayın 6-cı transferi - RƏSMİ  |     21:28 Dünyanın ən yaşlı futbolçusu müqaviləsinin müddətini uzatdı  |     21:20 Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ  |     21:07 Leyla Əliyeva Vatikan Apostol Kitabxanasının rəhbəri ilə görüşüb - FOTO  |     21:01 Mahaçqalada atışma oldu - Ölən və yaralanan var  |     20:54 Bu imtahanın nəticələri yaxın 3 həftədə elan olunacaq  |     20:49 Hindistanda anbar çöküb - Ölənlər var  |     20:44 Azərbaycanda şagirdlərin sayı açıqlandı  |     20:36 Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub  |     20:31 "Gül kələmi" yükündə 90 kq-dan çox narkotik vasitə aşkarlandı  |     20:22 55 kq narkotik dövriyyədən çıxarılıb - Video  |    
Left Banner
Right Banner

"Stil Mebel" şirkətinin "sahibi"ndən 2000 manatlıq dələduzluq

17.11.2025 19:18 444
"Stil Mebel” şirkətinin adından dələduzluq edən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, Xəzər Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə mühakimə olunan Sahil Əliyevə (ad və soyad şərtidir) 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Sahil Əliyev bundan əvvəl Abşeron Rayon Məhkəməsinin hökmü ilə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün cəzalar qismən toplanılıb və ona 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığılnda olduğu cəmi 2 ay 19 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 3 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarına görə Sahil Əliyev zərərçəkmişə özünü "Stil Mebel” şirkətinin sahibi kimi təqdim etməklə ondan sifariş götürüb və beh olaraq 2000 manat alıb. Lakin sonradan qarşı tərəf onun yalan danışdığını anlayıb və polisə müraciət edib.

Sahil Əliyev bir neçə dəfə aidiyyəti üzrə polis bölməsinə çağırılsa da, getməyib. Daha sonra polis əməkdaşları onu saxlayıb.

Məhkəmə zamanı Sahil Əliyev özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. Lakin ibtidai istintaq zamanı bunun əksinə ifadə verib. Deyib ki, verdiyi vədə əməl etəməyib və aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib.скачать dle 11.3
Mojo.az Banner