Mojo.az Banner
22:00 BVF Ukraynaya 8 milyard dollarlıq yeni kredit proqramı təklif edir  |     21:49 Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı - VİDEO  |     21:36 8 gün əvvəl qəzaya düşmüşdü - Bu gün öldü  |     21:15 "Adi cızığa görə maaşımızdan 200 manat tutulur" - ŞİKAYƏTƏ RƏSMİ CAVAB  |     21:06 Qubada hindistanlı turisti avtomobil vuraraq öldürüb  |     20:51 Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı  |     20:40 Ərdoğan: Gürcüstan və Azərbaycan faciənin ilk anlarından etibarən bütün imkanlarını səfərbər etdi  |     20:21 Bakının bu rayonlarında qaz olmayacaq  |     20:04 Əməkdaşlarının evlərindən çıxarılmaları ilə bağlı FHN-dən açıqlama  |     19:58 4500 illik sirr açıldı: Şərq cəbhəsindəki kəşf alimləri həyəcanlandırdı  |     19:47 Yüksək "komendant pulu" narazılıq doğurur: "Milyardlar nəzarətsiz toplanır"  |     19:34 İspaniya Çinlə qatarlar yarışına qatılmağa qərar verdi  |     19:18 "Stil Mebel" şirkətinin "sahibi"ndən 2000 manatlıq dələduzluq  |     19:14 63 yaşlı Tom Kruz nəhayət ilk “Oskar”ını aldı  |     19:01 Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı  |     18:52 İrəvanda banka basqın edildi  |     18:44 Ramiz Mehdiyevin gəlininin yerinə yeni TƏYİNAT - FOTO  |     18:34 İranlı narkotacirlər Bakıda kuriyerləri necə tapır? (VİDEO)  |     18:31 Qara dənizdə Türkiyə bayrağı altında üzən gəmi vuruldu  |     18:25 Azərbaycan XİN: 44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub  |    
Left Banner
Right Banner

Yüksək "komendant pulu" narazılıq doğurur: "Milyardlar nəzarətsiz toplanır"

17.11.2025 19:47 123
Yüksək
Paytaxt sakinləri mənzil-tikinti kooperativlərinin (MTK) "komendant pulu", "kommunal pulu" adı altında onlardan pul almalarından narazıdırlar.

Onlar bildirirlər ki, hər ay komendantlar onlara kart göndərərək, 80, hətta 200 manata qədər pul tələb edirlər. Bunu isə "lift təmir edirik", "həyəti işıqla təmin edirik", "təmizlik edirik" və s. bəhanələrlə istəyirlər.

Maraqlısı da budur ki, birinci mərtəbədə yaşayan şəxslə 16-cı mərtəbədəki eyni pulu ödəyir. Liftdən istifadə etsə də, etməsə də.

Bəs görəsən, komendantın mənzil sahibindən, yaxud kirayənişindən istədiyi məbləği təyin edərək pul alması qanunidirmi? Bu məbləğlər nəyə əsasən müəyyən olunur?

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Lent.az-a açıqlama verib.

O bildirib ki, milyonlarla manatın biznes məqsədilə yığılmasına hökumət tərəfindən nəzarət edilməlidir:

"Bu məsələ hal-hazırda ciddi problemlərdən biridir. Düşünürəm ki, bu istiqamətdə müəyyən tənzimləmə işləri aparılmalıdır. Özəl sektor olsa belə, proseslərin nəzarətsiz buraxılması vətəndaşlar üçün çox ciddi problemlərin yaranmasına səbəb olur. Burada söhbət milyardlarla manatdan gedir. Bu maliyyənin nəzarətdənkənar və səmərəsiz istifadəsi ölkə iqtisadiyyatına zərbədir".

"İlk növbədə, "kommunal pulu" kimi qeyd olunan ödənişlər həddindən artıq yüksəkdir. İkincisi, onun qarşılığında göstərilən xidmətlər ürəkaçan və peşəkar deyil. Üçüncüsü, bu xidmət haqlarının müəyyən olunması birtərəfli qaydada müəyyən olunur. Bina sakinlərinin bu və ya digər formada mövqeyi, rəyi, münasibəti nəzərə alınmır və komendantlıq vaxtaşırı kommunal haqlarını 10-20% qaldırır. Bunun üçün də hüquqi prosedur olmadığından sakinlər etiraz edə bilmirlər.

Məsələyə köklü yanaşmaq lazımdır. Bina tikilib, istifadəyə verildikdən sonra sakinlər özləri onun idarəolunmasını təşkil etməlidirlər. Bu, dünya təcrübəsində uğurlu yanaşmadır. Yaxud professional şirkətlərlə sakinlər müqavilə bağlayaraq, bu və ya digər xidmət haqlarının müəyyən olunması, xidmətin səviyyəsi ilə bağlı məsələ olduqda həmin müqavilə əsasında məsələyə təsir etmə imkanları olsun. Yəni vətəndaşların seçimi önəm kəsb etsin. Məsələnin həlli yalnız bu iki variantda həll oluna bilər.

İndiki halda tərəflərin məsuliyyəti, hüquqları və vəzifələri müəyyən olunmadığına görə məsələ öz həllini tapmayacaq. Bu, müzakirə olunacaq, lakin nəticəsiz qalacaq. Hazırkı ənənədən imtina etmək lazımdır. Qanuna müvafiq dəyişikliklər edilməlidir. Birmənalı şəkildə proses tənzimlənməlidir", - V.Oruc deyib.

Hüquqşünas Şamil Paşayev isə açıqlamasında bildirib ki, komendant pulu adı ilə yığılan pulların məbləğini sakinlər özləri müəyyən etməlidirlər:

"Mənzil-tikinti kooperativləri (MTK), MMC binanı tikdikdən bir ay sonra onu sakinlərə təhvil verib, çıxmalıdırlar. Azərbaycan reallığında isə binanı tikən şirkətlər ona əbədi "pul yeri" kimi baxırlar, ona görə də tikintidən sonra oranı tərk etmək niyyətində olmurlar. Onlar həm binanı tikməkdən, həm də onu idarə etməkdən pul qazanırlar. Öz MMC-lərini yaradırlar, komendantlarını qoyurlar və ağıllarına gələn miqdarda pulu yığıb, işləyirlər.

Bu problemin qarşısını almaq üçün vətəndaşlar öz yığıncaqlarını çağıraraq, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmalıdırlar. Özlərinin yaratdığı bu cəmiyyətlə idarəetməni həyata keçirməlidirlər. Binada lift və digər kommunal xidmətlərin yerinə yetirilməsində müvafiq formada sakinlərdən müəyyən məbləğdə pulun yığılması təmin edilməlidir.

Azərbaycanda vətəndaşlar əllərini daşın altına qoymaq, binanı idarə etmək, məsuliyyət və öhdəlik götürmək istəmirlər. Eyni zamanda, şirkətlər də binanı özləri üçün gəlir yeri gördükləri üçün oradan çıxmır, vətəndaşın "yaxasından düşmürlər". Bu iki ziddiyyət toqquşduğu üçün 80-100-200 manatlıq "komendant pulları" dövriyyəyə girir. Pulların bu formada yığılması absurddur".

Görünən odur ki, sakinlər məsuliyyəti çiyinlərinə götürmədən, qanunda müəyyən dəyişikliklər edilmədən hələ çox MTK-lar MMC-lər yaradıb, onun da başına öz komendantlarını qoyub, insanları soyub-talayacaqlar.скачать dle 11.3