Mojo.az Banner
18:50 Vəzir Həsənovun İdarəsində yoxlama aparıldı - Bu şəxslər cəzalandırıldı  |     18:42 Bir ayda 8 milyard manatdan çox nağdsız ödənişlər edilib  |     18:37 600-dən yüksək bal toplayanların NƏZƏRİNƏ!  |     18:30 Naxçıvanda maşın yolu keçən qadını vurdu  |     18:24 "Ay Xalı" şirkətindən ŞİKAYƏT - VİDEO  |     18:15 Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi üçün ərizəsini təsdiqlənlərin sayı açıqlandı  |     18:10 "TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu  |     18:03 “Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?  |     17:34 Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub  |     17:28 Fəyyaz Xankişiyevin 500 minlik dələduzluqda təqsirləndirilən oğlunun işində YENİLİK  |     16:29 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ  |     16:09 Bakıda sürücülər arasında DAVA: Biri hava limanında saxlanıldı  |     16:06 Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO  |     15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |     13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

63 yaşlı Tom Kruz nəhayət ilk “Oskar”ını aldı

17.11.2025 19:14 720
63 yaşlı Tom Kruz nəhayət ilk “Oskar”ını aldı
Məşhur amerikalı aktyor Tom Kruz Amerikan Kino Akademiyasının "Governors Awards” mərasimi zamanı kino sənəti və elminin inkişafına verdiyi müstəsna töhfəyə, həmçinin həyatı boyu əldə etdiyi uğurlara görə fəxri "Oskar” mükafatına layiq görülüb.

Median.Az
"Variety” nəşrinə istinadla xəbər verir ki, tədbir dünən – noyabrın 16-da Los-Ancelesdə baş tutub. "Mission: Impossible” ("Missiya mümkün deyil”) filmlərinin ulduzu mükafatı meksikalı rejissor Aleksandro Qonsales İnyarritunun əlindən alıb və nitqi ilə izləyiciləri duyğulandırıb.

"Kino mənim üçün bütün dünyanı açır. O, mənə fərqlilikləri qiymətləndirməyə və hörmət etməyə kömək edir. Kino həm də bizim ortaq insaniliyimizi göstərir, bir çox baxımdan necə oxşar olduğumuzu göstərir. Haradan gəlməyimizdən asılı olmayaraq, biz burada – kinoteatrda birlikdə gülürük, birlikdə hiss edirik, birlikdə ümid edirik. Bu sənət növünün gücü də bundadır. Ona görə də bu mənim üçün çox önəmlidir. Film çəkmək – bu mənim etdiyim iş deyil, bu mənim kim olduğumdur”, – deyə Tom bildirib.

Kruz həmçinin kino sahəsindəki yolunun necə başladığını xatırlayıb:

"Kino sevgim çox erkən yaşlarda başladı. Mən qaranlıq bir kinoteatrda balaca bir uşaq idim və işıq şüasının zala düşdüyünü xatırlayıram. Ekrana baxanda sanki hər şey parladı. Birdən-birə dünya mənim bildiyimdən qat-qat böyük oldu. Bütöv mədəniyyətlər, həyat tərzləri və mənzərələr gözümün önündə canlandı və bu, məndə macəraya, biliyə, insanı anlamağa, obraz yaratmağa, hekayə danışmağa, dünyanı görməyə qarşı böyük bir istək oyatdı. Bu, gözlərimi açdı. Xəyal gücümdə həyatın sərhədlərimin çox-çox o tərəfinə qədər uzana biləcəyini göstərdi. Həmin işıq şüası məndə dünyanı kəşf etmək istəyini oyatdı və o gündən bu yana onun ardınca gedirəm”, – deyə aktyor əlavə edib.

Qeyd edək ki, Tomun aktyor kimi bu, ilk "Oskar”ıdır. O, daha əvvəl dörd dəfə nominasiyaya layiq görülsə də, arzuladığı mükafatı ala bilməmişdi.

Xatırladaq ki, bundan əvvəl Tom Kruz Ginnesin Rekordlar Kitabına düşmüşdü. CNN-in yazdığına görə, 62 yaşlı kino ulduzu çəkiliş meydançasında yerinə yetirdiyi təhlükəli kaskadyor hərəkətinə görə rəsmi rekordsmen olub. Tom yanacaq hopdurulmuş və havada alışdırılmış paraşütlə vertolyotdan tullanmalı, havada yanmış parçanı kəsib ehtiyat paraşüt açmalı idi. Real görünməsi üçün o, bu səhnəni dublyorsuz 16 dəfə yerinə yetirib. Buna görə Ginnes Komitəsi ona rekord mükafatı verib.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner