Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu |
Mojo.az Avto
Mojo.az Avto

Hitlerin sualtı qayığı tapıldı

19.04.2018 11:31 6 805
Hitlerin sualtı qayığı tapıldı
Faşist Almaniyası rəhbərliyini Cənubi Amerikaya çatdırdığı iddia olunan “U-3523” sualtı qayığı, 73 il sonra Danimarka sahilləri yaxınlığında dənizin dibində aşkarlanıb.

Bu barədə “The Daily Star” məlumat yayıb.

Nəşrin məlumatına görə, sualtı qayıq Skaqen şəhərində on dəniz mili şimalda tapılıb. Dəniz dibinin müayinəsi sualtı qayığın 123 metr dərinlikdə, dalğıclar üçün əlverişsiz mövqedə yerləşdiyini göstərib. Qeyd olunur ki, qəza anında sualtı qayığın göyərtəsində 58 ekipaj üzvü olub.

Bundan əvvəl tədqiqatçılar, submarinin Britaniyanın “B-24 Liberator” bombardmançısının 6 may 1945-ci ildə endirdiyi zərbədən sonra batdığını ehtimal edirdi.

Ancaq qayıqdan heç bir əsər-əlamətin olmaması müxtəlif şayələrin yayılmasına yol açmışdı.

Ən populyar versiyalardan birinə görə qayığın göyərtəsində Adolf Hitler daxil olmaqla, aparıcı nasist məmurlar yer alıb və onlar sağ-salamat Cənubi Amerikaya çatıb.

Bu şayiələrin yayılmasına eyni zamanda ABŞ kəşfiyyatının əldə etdiyi bəzi şahid ifadələri təkan verib. Belə ki, bəzi mənbələr ikinci dünya müharibəsindən sonra Hitleri Kolumbiya və Argentinada sağ-salamat gördüklərini əmin edib.

Habelə Danimarkanın Dəniz müharibəsi muzeyi “U-3523” sualtı qayığının nasist rəhbərliyini və ya qiymətli əşyaları, o cümlədən qızıl külçələri daşıması haqqında heç bir sübutun olmadığını bildirir./oxu.az

Son xəbərlər