Mojo.az Banner
15:28 Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı  |     13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |     13:41 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb  |     13:36 1 saatlıq bilet al, həm metroya min, həm avtobusa – Yeni təklif  |     13:18 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı  |     13:17 İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?  |     12:52 Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü  |     12:27 Azərbaycanda bir kəndi su basıb  |     12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |     11:53 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar  |     11:16 Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər  |     11:14 Məktəblərdə "saat savaşı" — Dərs bölgüsü hansı prinsiplərlə aparılmalıdır?  |     23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Cənubi Çin dənizində ABŞ-ın sualtı qayığının qəzaya uğraması səbəbləri açıqlanıb

02.11.2021 22:15 3 162
Cənubi Çin dənizində ABŞ-ın sualtı qayığının qəzaya uğraması səbəbləri açıqlanıb
ABŞ-ın “USS Connecticut” nüvə sualtı qayığı ilə baş verən insidentin təhqiqatı başa çatıb. Sualtı qayığın Cənubi Çin dənizinin sularında toqquşduğu obyektin sualtı dağ olduğu ortaya çıxıb.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmanın rəsmi nümayəndəsi Heyli Sims bildirib.

Hərbçilər daha əvvəl bildirmişdilər ki, hadisə oktyabrın 2-də “Connecticut” zərbə atom qayığında olub, nüvə qurğusuna ziyan dəyməyib. Hadisə zamanı 11 dənizçi yaralanıb.

"USS Connecticut” hərbi gəmisinin Hind-Sakit Okeandakı beynəlxalq sularda əməliyyat zamanı əvvəllər məlum olmayan dəniz zirvəsi ilə toqquşduğu aşkarlanıb", - o deyib.

Sims qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasının komandanlığı sonrakı hərəkətlərin qaydasını müəyyən edəcək. Onun sözlərinə görə, cinayəti törədənləri məsuliyyətə cəlb etmək mümkündür.скачать dle 11.3
Mojo.az Banner