Mojo.az Banner
21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |    
Mojo.az Avto
Mojo.az Avto

Ordunun ən yaxşı tankçıları müəyyənləşdi

18.04.2018 12:57 2 830
Ordunun ən yaxşı tankçıları müəyyənləşdi
2018-ci ilin döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusu üzrə keçirilən “Ən yaxşı tank heyəti” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun tankçıları yüksək nəticələr əldə ediblər.

Median.Az
Azərtac-a istinadən xəbər verir ki, yarışın ümumi nəticələrinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun tankçıları xüsusi peşəkarlıq göstərərək I yerdə qərarlaşıblar.

Tank heyətində tank komandiri, gizir Nicat Mehdiyev, tuşlayıcı-operator, gizir Ceyhun Şıxzadayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tural Mərdanlı olublar.

Yarışlar çərçivəsində keçirilmiş praktik atışların nəticələrinə görə də tank komandirləri – gizir Əlikərəm Bədəlov və gizir Nicat Mehdiyev I yerə layiq görülüblər.

Yüksək nəticələr əldə etmiş tankçılar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun tankçıları 2016-cı və 2017-ci illərdə Rusiya Federasiyasının Alabino təlim mərkəzində təşkil olunan Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində də iştirak ediblər.

Müsabiqədə yüksək peşəkarlıq göstərən tankçılar – gizir Əlikərəm Bədəlov yarışa cəlb olunan şəxsi heyət arasında ən yaxşı tank komandiri, gizir Ceyhun Şıxzadayev ən yaxşı tuşlayıcı-operator seçilib, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tural Mərdanlı da uğurlu nəticə göstərib.скачать dle 11.3
Mojo.az Banner