Mojo.az Banner
17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |     17:53 Qadını zorlayaraq öldürən şəxslərə AĞIR CƏZA  |     17:41 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb  |     17:28 Hörmüz boğazında ticarət gəmisi vuruldu: Yaralılar var  |     17:16 MİDA 13 obyektini hərraca çıxarır  |     16:55 Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     16:12 “Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ  |     16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |     16:09 Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.  |     16:07 Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ  |     16:04 Bakıda avtomobil piyadanı vurdu - Sürücü vəfat etdi  |     16:02 Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...  |     16:00 Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA  |     15:53 Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır  |     15:47 Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı  |     15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |     15:27 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü  |     13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |     13:32 Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekoloq: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

10.04.2018 11:53 2 022
Ekoloq: Azərbaycanda hava şəraiti kəskin dəyişəcək
Rusiyada bu il qış çox sərt olub, normadan artıq qar yağıb. Dağıstanda 1,5-2 metrə qədər qar düşüb.

Bu regionların iqlimi Azərbaycanın hava şəraitinə təsir edir.

Bu barədə oxu.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur:

“Ya çox soyuqdur, ya da çox istidir. Havanın belə dəyişməsi 1975-ci ildən müşahidə olunmurdu. Bu, normal deyil və dünya kataklizmləri fonunda baş verir”, - ekoloq qeyd edib.

T.Zeynalov bildirib ki, hazırda iki sikl yaranır - siklon və antisiklon:

“Şimaldan soyuq hava kütləsi gəlir, hansı ki Qafqazda antisiklonla qarşılaşır. Məhz bu səbəbdən Azərbaycanın mərkəzinə qar yağmayıb”.

Ekoloq qeyd edib ki, Azərbaycanda sərt qış və çox isti yay olub, lakin havanın belə kəskin dəyişməsi müşahidə olunmayıb.

“Bu günlərdə Azərbaycana şimaldan soyuq hava kütləsi gələcək. Buzların əriməsi və dünya okeanlarının səthinin soyuması ilə əlaqədar bu siklon şaxta gətirəcək”, - ekoloq vurğulayıb.


скачать dle 11.3
Mojo.az Banner