Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Metropoliteninə məxsus "Hyundai" qəzaya düşdü — Yaralanan var

06.04.2018 22:56 2 500
Bakı Metropoliteninə məxsus
Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Median.Az "Report"a istinadən xəbər verir ki, qəza Akif Hüseynov ad-soyadlı şəxsin idarə etdiyi Bakı Metropoliteninə məxsus "Hyundai" markalı mikroavtobusun Zabrat şosesində işıqforun yaşıl işığından sola dönən zaman qeydə alınıb.

Həmin vaxt yüksək sürətlə gələn 1990-cı il təvəllüdlü Ramazanov Əlibala Ağabala oğlu idarə etdiyi "10-CK-766" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobili ilə mikroavtobusa çırpılıb. Nəticədə Ə.Ramazanov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bakı Metropoliteni əməkdaşının verdiyi məlumata görə, "VAZ"ın sürücüsü yüksək sürətlə hərəkət edib. Sürücünün yaxınları buna etiraz etdikləri üçün tərəflər arasında mübahisə düşüb.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtotexniki ekspertiza təyin edilib.

Son xəbərlər