Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda polis əməkdaşı qəza törədərək komaya düşüb

02.10.2021 16:19 876
Bakıda polis əməkdaşı qəza törədərək komaya düşüb
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

Hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü Süleymanov İbrahim Nizami oğlu idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman çörək sexinə məxsus yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobili deformasiyaya uğrayıb. İçərisində olan sürücü İ.Süleymanov və sərnişin, təxminən 25-30 yaşlı qadın ağır xəsarətlər alıb.

Minik avtomobilinin sürücüsü komaya düşərək özəl xəstəxanaların birinə yerləşdirilib. Yaralı sərnişin isə ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları avtoekspertiza təyin edilib.

Qeyd edək ki, sürücü İ.Süleymanov Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin serjantı kimi fəaliyyət göstərir.

Son xəbərlər