Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Yaşka Bakınski"ni öldürən şəxsin cəzası dəyişdirilmədən saxlanılıb - FOTO

03.04.2018 13:21 5 990
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Elxan Ağayevın (1976-cı il təv.) CM-nin 120.2.9-cu (aşkar sürətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il mayın 22-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində kriminal aləmdə “Yaşka Bakinski” kimi tanınan Baləhməd Baləhmədov (1952-ci il təv.) qətlə yetirilib. Əməliyyat-axtarış tədbirlərini həyata keçirən Qaradağ RPİ və 10-cu polis bölməsinin əməkdaşları onun qohumu, əvvəllər 3 dəfə məhkum olunan Elxan Ağayevı saxlayıblar. Sonuncu əməlini etiraf edib.

İstintaqın gedişatında məlum olub ki, qətldən 1 ay əvvəl onların arasında münaqişə yaşanıb. Belə ki, Ağayev Baləhmədovun kriminal aləmdəki nüfuzunu artıq saymadığı bildirib. Bu isə Baləhmədin xoşuna gəlməyib və o, Elxanı bıçaqlayıb. Ağayev "Yaşka Bakinski"dən intiqam almağı qərarlaşdırıb və bu planını mayın 22-də həyata keçirib. O, sərxoş vəziyyətdə Baləhmədovun evinə gəlib və yataq otağında bıçaqla zərbələr endirərək, onu qəsdən həyatdan məhrum edib.

Araşdırma zamanı aydınlaşdırılıb ki, öldürülən Baləhməd Baləhmədov üst-üstə 38 il məhkumluq həyatı yaşayıb. "Vladimirskiy Sentral" kimi həbsxanada, o cümlədən Tyumen və Mahacqalada islah əmək koloniyalarında çəza çəkib. "Qanuni oğru" titulunu alsa da, bir müddətdən sonra həmin addan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs, сəzasını ciddi rejimli CÇM-də çəkməklə
18 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, E.Ağayevin şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.







Son xəbərlər