Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

"Odlar Yurdu" universitetindən pul oğurlayan şəxsi oğurlayan dəstə üzvlərinə cəza istənilib

29.03.2018 18:20 5 374
Bakı Ağır Cinayətlər Məhkəməsində Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin CM-nin 144.2.1 (adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Median.Az
xəbər verir ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxs - Şahmar Nağıyev digər şəxslərlə birlikdə, qohumu Pərviz Quliyevin dostları ilə 2016-cı ilin yanvarında "Odlar Yurdu" Universitetindən külli miqdarda pul oğurlamasını öyrənib. Oğurluq zamanı əldə olunmuş pullardan faydalanmaq məqsədilə o, Quliyevə zəng edərək, bu barədə məlumatlı olduqlarını və polisə xəbər verməmək üçün onlarla da pul bölüşməsini deyib. Sonuncu onun xahişini rədd edib. Buna görə, qabaqcadan əlbir olan şəxslər martın 13-də kafedən çıxan Pərvizin qabağını kəsib, zor tətbiq etməklə, onu Altay Əliyevin idarə etdiyi avtomobilə əyləşdiriblər. Onu başqa kafeyə apararaq, orda döyüb, əldə etdiyi puldan onlara da verməsini tələb ediblər. Bu yolla təqsirləndirilən şəxslər zərərçəkmişdən 18.000 manat pul alıblar.

Keçirilən prosesdə çıxış edən prokuror T.Nağıyevə 12, A.Əliyevə 11 və Ş.Nağıyevə 10 il cəza təyin edilməsini xahiş edib.

Qeyd edək ki, ötən proseslərin birində zərərçəkmiş qismində dindirilmiş Pərviz Quliyev bildirib ki, təqsirləndirilən şəxslər onu oğurlamayıblar və o, ittiham aktına yazılanlarla razı deyil.

Növbəti proses aprelin 3-nə təyin edilib.



Xatırladaq ki, ötən ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Universitetinin prorektoru M.Vəliyevin iş otağından içərisində 429.722 manat olan seyfi oğurlayan Vüqar Vəiyev 10 il 6 ay, Ramin Abbasov, Pərviz Quliyev, Həzrət Məmmədov 9 il və Sübhan Ələkbərov 7 il müddətinə azadlıqdan məhrum olunublar.

Son xəbərlər