Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

BU GÜN / 13:16 34 Binəqədidə sahibkarın evinə silahlı basqında təqsirləndirilən şəxs hakim qarşısında

06.05.2025 13:21 633
BU GÜN / 13:16 34 Binəqədidə sahibkarın evinə silahlı basqında təqsirləndirilən şəxs hakim qarşısında
Paytaxtda sahibkarın evinə silahlı basqın edərək quldurluqda təqsirləndirilən Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə istintaqı üçün baxışa verilib və baxış iclası mayın 8-nə təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 9-da sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun Binəqədi rayonunda yerləşən mənzilinə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb ediblər.

Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək "102" Xidməti-Zəng Mərkəzinə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib.

Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilib, digər şəxs isə hadisə yerindən yayınıb.

Hadisə ilə əlaqədar Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan bir ədəd "Makarov" markalı tapança, giliz, əl-barmaq izləri və sair əşyalar maddi sübut qismində götürülüb.

Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

Orxan Abdullayevə Cinayət Məcəlləsinin 29 (Cinayət etməyə cəhd), 144.2.3-cü (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə); 29, 144.2.4-cü (Adam oğurluğu - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 29, 144.2.5-ci (Adam oğurluğu - silahdan, yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə), 29, 144.2.6-cı (Adam oğurluğu - tamah məqsədilə və ya sifarişlə törədildikdə), 181.4-cü ( Quldurluq - xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 228.2.1-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib.
(oxu.az)

Son xəbərlər