Mojo.az Banner
22:58 Məhərrəmlik başa çatdı - Toylar başladı  |     22:56 Bu bürclər iş təklifi alacaq  |     22:51 Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA  |     22:42 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı  |     22:37 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:31 60 yaşdan sonra bu əlamətlərə diqqət yetirin: Nəfəs darlığı, ayaqlarda şişkinlik...  |     22:26 Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? (RƏSMİ)  |     22:18 Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi  |     22:10 “iPhone 18”-in təqdimat tarixi dəyişir  |     22:02 İsti havalarda ehtiyatlı olun!  |     21:57 Tramp administrasiyası 400 milyon dollarlıq Ağ Ev layihəsi üçün Ali Məhkəməyə üz tutdu  |     21:47 FHN Azərbaycanda baş verən zəlzələ ilə bağlı MƏLUMAT YAYDI  |     21:40 Peşə təhsili müəssisələrinə qəbulun cavabları açıqlandı  |     21:35 Qubada zəlzələ oldu  |     21:26 Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı açıqlandı  |     21:21 Daha bir qatar relsdən çıxdı - Son sutkada ikinci hadisə  |     21:15 Premyer Liqada yeni mövsümün ilk qolu vuruldu  |     21:09 “Az qaldı uşağımı sel apara, niyə kömək etmirlər?” - Video  |     20:59 Bakıda 34 yaşlı kişi küçədə öldü  |     20:54 Bakıda axund cərimələndi - Səbəb  |    
Left Banner
Right Banner

Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər barəsində qərar verildi

16.03.2020 16:44 2 663
Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər barəsində qərar verildi
Nizami rayon Məhkəməsində adam oğurluğu və digər cinayətlərdə ittiham olunan Asim Quliyev və Emin Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verilən vəsatətə baxılıb.

Hakim Mətanət Hacıyevanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanının vəsatəti təmin olunub.

Təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.

İstintaq orqanı tərəfindən Asim Quliyevin barəsində Cinayət Məcəlləsinin 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək), 144.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.5-ci (silahdan, yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.3-cü (zor tətbiq etmə və hədə-qorxu yolu ilə tələb etmə), Emin Əliyevin barəsində isə Cinayət Məcəlləsinin 144.2.3, 144.2.6, 144.2.5, 182.2.4, 182.2.3, 182.2.1, 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 177.2.2-ci (təkrar oğurluq törətmək və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

İttihama görə, ötən ilin mayında Bakının Nizami rayonunda 41 yaşlı paytaxt sakini Yasin Bəxtiyarov oğurlanıb. Bildirilir ki, hadisə borc üstündə olub.

Yasin Bəxtiyarovu borclu olduğu şəxslər oğurlayıblar. Onun həmin şəxslərə 10 min manat məbləğində borcu olub.

Oğurlanan şəxsin anası Səbirə Bəxtiyarova polisə müraciət edərək, oğlunun mayın 28-də Şərifli küçəsində oğurlandığını deyib. Üç silahlı şəxs onu avtomobilə oturdaraq, naməlum istiqamətə aparıb. Onlar borclunun anasından 10 min manat tələb ediblər. Qadın cinayətkarlara yalnız 8000 manat verə bilib.

Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Emin Əliyev və Asim Quliyev həbs edilib. Girovda saxlanılan Yasin Bəxtiyarov azad edilib.

Məlum olub ki, saxlanılan şəxslər Yasin Bəxtiyarovun anası Səbirə Bəxtiyarova ilə telefonla əlaqə saxlayıbıar. Oğlunun buraxılması müqabilində anasından pul tələb ediblər.

Bu səbəbdən Səbirə Bəxtiyarova da oğlu ilə birlikdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq araşdırması zamanı dəstə üzvlərinin daha bir neçə oğurluq faktı üzə çıxıb.

Onlar Ceyhun Seyidov, Rəfi Əliyev və Rəfail Kərimlini oğurlayaraq, onların ailə üzvlərindən pul aldıqdan sonra hər üç şəxsi sərbəst buraxıblar.

Qeyd edək ki, bundan əvvəl hər iki təqsirləndirilən şəxslərin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğu iddia edilərək, cinayət işi prokurorluğa qaytarılmışdi.

Hazırda Nizami rayon Prokurorluğunda istintaq davam edir.скачать dle 11.3
Mojo.az Banner