Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azyaşlı qızları fahişəliyə cəlb edən şəxsin həbs müddəti artırıldı

04.01.2019 14:41 2 075
Azyaşlı qızları fahişəliyə cəlb edən şəxsin həbs müddəti artırıldı
Nərimanov Rayon Məhkəməsində azyaşlı qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Cəlal Mehdiyevin barəsində həbs-qətimkan tədbirinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

C.Mehdiyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri daha iki ay müddətinə artırılıb.

İttihama görə, Cəlal Mehdiyev sosial şəbəkədə azyaşlı qızları aldadıb. O, qızlara hədə-qorxu gəlib, onları fahişəliyə cəlb edib. Şikayət əsasında Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Cəlal Mehdiyevə Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.//oxu.az

Son xəbərlər