Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Qadınları Türkiyə və Dubayda satan şəxsin həbs müddəti uzadıldı

07.01.2019 12:35 2 658
Qadınları Türkiyə və Dubayda satan şəxsin həbs müddəti uzadıldı
Nərimanov Rayon Məhkəməsində qadınları Türkiyədə və Dubayda cinsi istismara məruz qoymaqda təqsirləndirilən Züleyxa Həsənovanın həbs müddətinin artırılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Z.Həsənovanın həbs müddəti daha üç ay müddətinə artırılıb.

İttihama görə, Z.Həsənova Azərbaycan vətəndaşları olan qadınları Türkiyəyə və Dubay şəhərinə aparıb, orada onları cinsi istismara məruz qoyub.

Zərərçəkmiş qadınlar Azərbaycana qayıtdıqdan sonra Züleyxa Həsənova barəsində idarəyə şikayət ediblər.

Şikayət əsasında Züleyxa Həsənova barəsində araşdırma başlanıb. Onun Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.

Bu səbəbdən Züleyxa Həsənovanın barəsində 2017-ci ildən axtarış elan edilib.

İstintaq orqanı tərəfindən Züleyxa Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.//oxu.azскачать dle 11.3
Mojo.az Banner