Mojo.az Banner
23:00 Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılıb?  |     22:59 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq"  |     22:28 Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib (FOTO)  |     22:18 Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:19 “Turan Tovuz” onunla yeni müqavilə imzaladı  |     21:06 Diabet ən çox bu qan qrupu olanlarda tapılır  |     20:35 Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi  |     20:28 Bakının məşhur bazarı sökülür  |     20:23 Azərbaycanın ilk Milli Qəhrəmanları kimlərdir?  |     20:17 39 saniyədə fəlakət: Venesuela şəhərləri xarabalığa çevirildi - Ölkədə talanlar başladı  |     20:09 Parisdə isti hava səbəbindən spirtli içki satışı qadağan edildi  |     20:02 Rusiyadakı benzin qıtlığının Azərbaycana təsiri var? - Deputat açıqladı  |     19:57 Hibrid və elektrik avtomobillərinin idxalında güzəşt olacaq?  |     19:52 Alimlər çovdar çörəyinin orqanizm üçün gözlənilməz faydasını açıqladı  |     19:43 Ebola virusundan ölənlərin sayı artır  |     19:38 Simonyan məhkəmədə Köçəryana qalib gəldi  |     19:30 Çaylardan sel keçəcək - Xəbərdarlıq  |     19:24 "Hyundai" 96 min avtomobilini geri çağırır - SƏBƏB  |     19:15 İrəvandan sonra Bakıya gələcək  |     19:10 Azərbaycanda həbsdə evlənənlərin sayı açıqlandı  |    
Left Banner
Right Banner

Porno saytlarla bağlı cərimə mesajı Rusiyadan gəlirmiş... - DİN hərəkətə keçdi

28.03.2018 23:11 3 240
Porno saytlarla bağlı cərimə mesajı Rusiyadan gəlirmiş... - DİN hərəkətə keçdi
Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yolu ilə Daxili İşlər Nazirliyinin adından törədilən kiberdələduzluq əməlinin hansı ölkə üzərindən və necə həyata keçirildiyinin üstü açılıb.

Median.az Strateq.az-a istinadən xəbər verir ki, 200-dək vətəndaşımızın DİN-in "102" Xidməti-Zəng Mərkəzinə müraciətindən sonra hüquq-mühafizə orqanlarının başladığı ilkin araşdırmalara görə, bir qrup kiberdələduz xüsusi olaraq virus-proqramların yayılması üçün Rusiya ərazisində "www. police-azerbaijan.pw” adlı sayt açaraq, Azərbaycanda vətəndaşların mobil telefonlarına müdaxilə yoluyla Daxili İşlər Nazirliyinin adından xüsusi bildirişlər göndərməklə, onlardan pul tələb edirmişlər.

Vətəndaşlara Daxili İşlər Nazirliyinin adından göndərilən bu bildirişlərdə qeyd olunurmuş ki, onlar pornoqrafik məzmunlu saytlara girdikləri üçün 80-120 manat məbləğində cərimə olunublar və telefonlarının bloklanmaması üçün mütləq "Yandex.money”, "Webmoney” və "Qivi” virtual pul kisələrinə terminallar vasitəsiylə cərimələri ödəməlidirlər.

Üstəlik, bildiriş göndərilən vətəndaşlar onunla təhdid edilirmiş ki, əgər cərimənin ödənilməsindən imtina etsələr və yaxud cəriməni ödəmədən bloklanmanı açmağa cəhd göstərsələr, dərhal həbs olunmaları üçün yaşayış yerlərinə əməliyyat qrupu göndəriləcək.

Azərbaycan DİN-inin müvafiq qurumlarının apardıqları ilkin əməliyyat-texniki tədbirlərlə müəyyən edilib ki, kiber dələduzlar Rusiyanın Voronej şəhərində qeydiyyatda olan Valeriya Dolbilovanın adına "www. police-azerbaijan.pw” adlı sayt qeydiyyatdan keçirərək, məhz bu sayt üzərindən telefonlara kütləvi şəkildə virus-proqramlar daxil etməklə, belə bir cinayət əməlinə qol qoyublar.

Dövlət qurumunun adından törədilmiş bu cinayət əməlinin iştirakçılarının həbsi üçün artıq Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Daxili İşlər Nazirliyinin müvafiq qurumlarıyla birgə iş apardıqları, aidiyyəti sorğu və sənədlərin Rusiya DİN-nə təqdim edildiyi də bildirilir.

скачать dle 11.3
Mojo.az Banner