Mojo.az Banner
21:11 Çin Rusiyadan müalicəvi palçıq almağa başlayacaq  |     21:02 Poliklinikalar birləşdirilir, narahatlıq artır  |     20:55 Problemli kreditlər 700 milyon manatı keçdi: Böhran təhlükəsi varmı?  |     20:50 Bakıya oxumağa gələn tələbələr ayda nə qədər pul xərcləyəcək?  |     20:44 Özbaşına tikintiyə mülkiyyət hüququ verilir? (AÇIQLAMA)  |     20:35 Dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadıldı  |     20:30 Evdən Mübariz Cəfərovun meyiti tapıldı  |     20:22 Azərbaycanda bələdiyyə sədri cərimələndi  |     20:17 Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi  |     20:09 28 yaşlı oğlan parkın qarşısında söyüş söydü - Həbs edildi  |     20:04 Polis axtarışda olan 135 nəfəri saxladı  |     19:56 Magistral yol üzərində ikinci körpünün inşası davam edir  |     19:50 Bakıda sürücü avtobusu qapısı açıq sürdü? - VİDEO  |     19:43 Ötən gün 2 avtomat silah, 6 tüfəng aşkarlandı  |     19:38 Füzulidə 12 yaşlı uşaq atdan yıxılıb öldü  |     19:30 Şəxsi avtomobillərini saxlamaq üçün yerləri zəncirlədilər - VİDEO  |     19:24 Kanaldan su götürmək istədi - Boğulub öldü  |     19:15 Bakı Qızlar Universitetinin tələbələri köçürüldü  |     19:10 Erməni əsirliyindən azad edilən Dilqəm Əsgərova cinayət işi açıldı  |     19:04 İstanbul polisi silah qaçaqmalçılığının qarşısını aldı: 120 ədəd tapança ələ keçirildi  |    
Left Banner
Right Banner

İnternetdə yeni dələduzluq - "6 saata cəriməni ödəməsəniz..." (VİDEO)

20.08.2018 13:30 2 467
İnternetdə yeni dələduzluq -
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin pornoqrafik məzmunlu bir çox saytlara girişi məhdudlaşdırması internet dələduzlarını hərəkət keçirib.

Belə ki, onlar fırıldaq yolu ilə pul qazanmaq üçün Azərbaycan Daxili İşlər Nazirliyinin adından belə məlumatlar yayıblar ki, guya hansısa hesaba qeyd olunan məbləği ödəsələr saytlara giriş açılacaq.

Öncədən şəxsin blok olunduğu barədə məlumat gəlir və qeyd olunur ki, əgər cəriməni 6 saat ərzində ödəməsəniz guya həmin şəxslə bağlı məlumat toplanaraq cinayət məsuliyyətinə cəlb olunma üçün prokurorluq orqanlarına göndəriləcək.

Bu yolla həm vətəndaş hansısa məsuliyyətlə qorxudulur, həm də onun pullarının mənimsənilməsi üçün dələduzluq edilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Xəzər Xəbərə verilən məlumata görə, belə dələduzluq mesajları öncələr də müşahidə olunub və bunların nazirliklə heç bir əlaqəsi yoxdur. Bu mesajlar insanların dələduzluq yolu ilə aldadılması və vəsaitlərinin ələ keçirilməsinə hesablanan bir addımdır. Nazirlikdən verilən məlumata görə bu cür mesajların göndərilməsi əksər hallarda xaricdən idarə olunur, buna görə də bu cür mesajların qarşısını hər zaman almaq mümkün olmur.скачать dle 11.3
Mojo.az Banner